Gədəbəy xalçaları
Xalça | |
Gədəbəy xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə/Gədəbəy |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Gədəbəy xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 50 km qərbdə yerləşən Gədəbəy rayonunun adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Çaykən", "Gölkənd" və ya "Qaraqoyunlu" xalçaları da adlandırırlar.[2] Gədəbəy xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
İstehsalı
[redaktə | mənbəni redaktə et]Gədəbəy xalçaları Gəncədən 50 km qərbdə yerləşən Gədəbəy rayonunda istehsal olunur. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də Çaykənd və Gölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd orada "Qaraqoyunlu" adlanırdı) kəndləri idi.[2] Gədəbəydə həm də "Şamxor", "Çıraqlı", "Fəxralı" tipli xalçalar (onları Gəncənin müxtəlif rayonlarında toxuyurdular) və "Qazax" xalçaları istehsal olunurdu.[4]
Qədim dövrlərdən Gədəbəy Gəncə tipli xalçaların toxunduğu ən böyük xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Gədəbəy rayonu heyvandarlığı (xüsusilə qoyunculuğun) inkişafı və yun alınması üçün çox əlverişli təbii şəraitə malikdir. Xalçaçılığı bu ərazilərdə yüksək inkişaf səviyyəsinə çatmasına da bu təbii şərait imkan yaratmışdır.[4]
Bədii xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Xalçanın ara sahəsi şaquli istiqamətdə uzanmış ulduzşəkilli medalyonlarla bəzədilmişdir. Onların arasında uzunsov düzducaqlılar yerləşdirilib. Bu düzbucaqlıların daxilinə hörülmüş şaquli formaların sonlarında buynuzvari burumlar (qıvrımlar) var. Kontur xətli bütün mərkəzi hissə haşiyə naxışı şəklindədir. "Qaragöz" haşiyəsi ön planı arxa plandan ayırmaqla yanaşı onu həm də formalaşdırır.[4]
Ön planda yerləşən gətəbə şəkilli göy rəngli göllər və göllərin arasında yerləşən sarı rəngli düzbucaqlı elementlər Gədəbəy xalçalarının dekorunda əsas xarakterik elementlərdir.[4] Ara sahənin arxa planı, adətən, naxışsız və hamar olsa da rəngi birincidən tünd olur. Ara sahəsi düzbucaqlılara və ya kvadratlara bölünən Gədəbəy xalçalarına da rast gəlinir. Gədəbəy xalçalarının köbə zolağı Gəncə-Qazax tipli xalçalara məxsus sadə naxışlı zolaqlardan ibarətdir.[4]
Texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Adətən, Gədəbəy xalçaları 150x240sm ölçüdə və ya daha uzunsov formada istehsal olunur.[3] İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 102 min ilmədən 144 min ilməyə qədər).[3] Xovun hündürlüyü 6–8 mm-dir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 6–7.
- ↑ 1 2 3 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 118
- ↑ 1 2 3 4 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 120
- ↑ 1 2 3 4 5 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 119