Göyçəli xalçaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xalça
Göyçəli xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Qazax xalçaçılıq məktəbi
Ölkə Azərbaycan Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Qazax xalçaçılıq məktəbi[1]

Göyçəli xalçalarıGəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu xalçaların adı Qazaxdan 17 km cənub-şərqdə yerləşən Göyçəli kəndinin adı ilə bağlıdır. Onlar həm də Tatlı, Qarapapaq, Ağköynək, Poylu, Çaylı və başqa xalçaçılıq məntəqələrində istehsal olunmuşdur.

"Göyçəli xalçaları" müxtəlif növdə olur. Burada onların əsas hesab olunan iki üsulu təqdim olunmuşdur.

  • I üsul.

Birinci üsulla toxunan xalçalarda mərkəzdə uzunsov formalı iri göl yerləşir. Onun yuxarı və aşağı sonluqları şişbucaq formada yerinə yetirilmişdir. Bu kompozisiyalı xalçalar Qazax məktəbi üçün xarakterik hesab olunur. Ölçüləri böyük olmadığına görə (100x150sm) onlar daha çox "Namazlıq xalçaları" adı ilə məşhurdur. Ara sahəsindəki göl yuxarıdan və aşağıdan qubpa ilə yekunlaşan "Göyçəli xalçaları" da istehsal olunurdu.

  • II üsul.

İkinci üsulla toxunan xalçaların kompozisiyası bir-birini növbələyən bir neçə göldən ibarətdir.

Yerli xalçaçılar və Orta Asiyanın xalça ustaları bu göllərə "quyrumlu göl" deyirlər. Sənətşünaslıq elminin ədəbiyyatında bu element çox vaxt qarmaqlı romb adlanır. Bu elementlərin daxili sahəsi kiçik naxışlarla bəzədilmişdir. Naxışların yerləşmə tərzində iri göllərin konturları təkrarlanır.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Göyçəli xalçaları" əsas etibarilə böyük olmur. Bəzən sahəsi 4–5 kvadrat metrə çatan xalılar istehsal olunur.

İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 25x25 ilmədən 30x30 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 60 min ilmədən 90 min ilməyə qədər).

Xovun hündürlüyü 7–10 mm-dir.

  1. Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.