Bülbül (film, 1968)
Bülbül | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Musa Bağırov |
Ssenari müəllifi | Kərim Kərimov |
Operator | Əlibala Ələkbərov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1968 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1968 |
Texniki məlumatlar |
2 hissə 576 metr 35 mm |
Çəkiliş yeri | Bakı |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film xalqımızın sevimli sənətkarı, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli opera müğənnisi, xanəndə, musiqi folkloru tədqiqatçısı Bülbül Məmmədovun anadan olmasının 70 illiyinə həsr edilmişdir.
Film bizi müğənninin uşaqlıq illəri, onun boya-başa çatdığı musiqiçilər vətəni Şuşa şəhəri ilə tanış edir. Kadrlar bir-birini əvəz edir. Budur, Bülbül Azərbaycan Dövlət Konservatoriyasının tələbəsidir... Avropa vokal mədəniyyətinin mərkəzi Milan şəhəri... Sevdiyi sənətin sirlərinə dərindən yiyələnən Bülbül burada təhsil alır...
Kadrlar böyük sənətkarın həyat və yaradıcılığının ayrı-ayrı mərhələlərini göz önündə canlandırır.
Film iki hissədən ibarətdir. 2-ci hissə Bülbülün səhnə fəaliyyətindən danışır. Burada şair Süleyman Rüstəm, bəstəkar Qara Qarayev, müğənni S. Kozlovski görkəmli müğənni Bülbül haqqında xatirələrini söyləyirlər.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Filmdə arxiv materiallarından-şəkil və kino sənədlərindən istifadə edilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Musa Bağırov
- Ssenari müəllifi: Kərim Kərimov
- Operator: Əlibala Ələkbərov
- Səs operatoru: Şamil Kərimov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 173-174.