Musa Bağırov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musa Bağırov
Doğum tarixi 10 may 1932(1932-05-10)
Vəfat tarixi 11 may 2022(2022-05-11) (90 yaşında)
Fəaliyyəti Rejissor
Pedaqoq
Yazıçı
Üzvlüyü

Musa Bağırov (10 may 193211 may 2022) — ssenari müəllifi, rejissor, Azərbaycan yazıçısı. Əməkdar incəsənət xadimi

Musa Bağırov 10 may 1932-ci ildə anadan olub.[1]

Tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.[2]

Professor Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilmişdir. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yarandı. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik etmişdir. [3]

Musa Bağırov həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir. Onunla bağlı film çəkmiş (General Aslanov (film, 1970)), barəsində 1988-ci ildə rus dilində nəşr olunmuş "Generalın yolu", 1999-cu ildə Azərbaycan dilində işıq üzü görmüş "Sərkərdənin taleyi" kitablarının müəllifidir. [4]

Musa Bağırov 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib.[2]

Əməkdar incəsənət xadimi

Rejissor kimi

  1. Mənim dostum (film, 1963) (qısametrajlı sənədli film)
  2. Divlər sarayı (film, 1968) (qısametrajlı sənədli film)
  3. Azərbaycanın səhnə ustaları (film, 1965) (tammetrajlı sənədli film)
  4. İncəsənət veteranı (film, 1966) (qısametrajlı sənədli film)
  5. Dostların görüşü (film, 1967) (qısametrajlı sənədli film)
  6. Bülbül (film, 1968) (qısametrajlı sənədli film)
  7. Azərbaycan milisinin tarixi (film, 1969) (tammetrajlı sənədli film)
  8. Mehdi Hüseyn (film, 1969) (qısametrajlı sənədli film)
  9. General Aslanov (film, 1970) (qısametrajlı sənədli film)
  10. Qurultaydan qurultaya (film, 1970) (qısametrajlı sənədli film)
  11. Azərbaycan miniatürləri (film, 1971) (qısametrajlı sənədli film)
  12. Yazıçının bir günü (film, 1971) (qısametrajlı sənədli film)
  13. Çobanbayatı (film, 1972) (qısametrajlı sənədli film)
  14. Zaqatala (film, 1972) (qısametrajlı sənədli film)
  15. Dəniz cəsurları sevir (film, 1973) (qısametrajlı sənədli film)
  16. Peşimançılıq (film, 1974) (qısametrajlı sənədli film)
  17. Şəhərin estetikası (film, 1973) (qısametrajlı sənədli film)
  18. Uzunömürlü ağaclar (film, 1974) (qısametrajlı sənədli film)
  19. EKSPO-75 (film, 1975) (qısametrajlı sənədli film)
  20. Neft Daşlarının 25 illiyi (qısametrajlı sənədli film)
  21. Yaşıl boyunbağı (film, 1975) (qısametrajlı sənədli film)
  22. Qələbənin yolları (film, 1976) (qısametrajlı sənədli film)
  23. 60 il keşikdə (film, 1977) (qısametrajlı sənədli film)
  24. 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film)
  25. Azərbaycanın odla mübarizə aparanları (film, 1978) (qısametrajlı sənədli film)
  26. İnsana qayğı (film, 1978) (qısametrajlı sənədli film)
  27. Bizim günlərin mahnıları (film, 1979) (qısametrajlı sənədli film)
  28. Yoldaş Alyoşa (film, 1979) (qısametrajlı sənədli film)
  29. Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)
  30. 60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film)
  31. Belə bir kənd var (film, 1981) (qısametrajlı sənədli film)
  32. Vahid ailədə (film, 1982) (qısametrajlı sənədli film)
  33. Beşilliyin addımları (film, 1986) (qısametrajlı sənədli film)
  34. İnersiyasız düşünmə (film, 1988) (qısametrajlı sənədli film)
  35. Vətən sərhəddən başlanır (film, 1988) (qısametrajlı sənədli film)


Ssenari müəllifi kimi

  1. Azərbaycanın səhnə ustaları (film, 1965) (tammetrajlı sənədli film)
  2. İncəsənət veteranı (film, 1966) (qısametrajlı sənədli film)
  3. Azərbaycan milisinin tarixi (film, 1969) (tammetrajlı sənədli film)
  4. Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (çoxseriyalı sənədli televiziya filmi)(3-cü seriya)
  5. Peşimançılıq (film, 1974) (qısametrajlı sənədli film)
  6. 60 il keşikdə (film, 1977) (qısametrajlı sənədli film)
  7. Azərbaycanın odla mübarizə aparanları (film, 1978) (qısametrajlı sənədli film)
  8. Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)


Montaj rejissoru kimi

  1. Monrealda Azərbaycan günü (film, 1967) (qısametrajlı sənədli film)
  1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  2. 1 2 ""Qara qağayı" filmi Dövlət Film Fonduna təqdim edilib" (az.). Mədəniyyət. 6 oktyabr 2010. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
  3. "Kino və televiziya sənətləri" kafedrası" (az.). ADMİU. İstifadə tarixi: 2017-11-12.[ölü keçid]
  4. Mahmud Mahmudov. "Gərgin əmək, parlaq qələbə" (az.). Yada Düşdü. Dekabr 2016. İstifadə tarixi: 2017-11-12.[ölü keçid]
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.