Əlibala Ələkbərov
Naviqasiyaya keç
Axtarışa keç
Əlibala Ələkbərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | Operator |
Fəaliyyət illəri | 1932–1982 |
Əlibala Musa oğlu Ələkbərov (6 dekabr 1913 – 24 sentyabr 1982) — Azərbaycan kinooperatoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]6 dekabr 1913-cü ildə Bakıda anadan olub. 1932-ci ildən kinoda rejissor, ssenari müəllifi, operator kimi çalışmışdır. 1941–1945-ci illərdə II Dünya Müharibəsində iştirak edib. 24 sentyabr 1982-ci ildə L. İ. Brejnevin Bakıya gəlişi iə bağlı çəkiliş apararkən vəfat edib.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- "Ağ qızıl" ustaları (film, 1958)
- Alagöz yaylağında (film, 1955)
- Araz üzərində işıq (film, 1971)
- Arazın sahillərində (film, 1953)
- Artyom adası (film, 1939)
- Atom insana xidmət edir (film, 1960)
- Azərbaycan atları (film, 1937)
- Azərbaycan kino sənəti (film, 1960)
- Azərbaycan qadını (film, 1974)
- Azərbaycanın təsviri sənəti (film, 1961)
- Azərbaycan-Özbəkistan (film, 1947)
- Bakı bolşevikləri (film, 1940)
- Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939)
- Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı (film, 1974)
- Bədən tərbiyəsi və idman (film, 1937)
- Bir May Bakısı (film, 1941)
- Bizim aşıqlar (film, 1962)
- Bizim Azərbaycan (film, 1959)
- Bizim mayaklar (film, 1961)
- Bol məhsulun təminatı (film, 1961)
- Böyük yazıçı-maarifçi (film, 1938)
- Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü (film, 1940)
- Bülbül (film, 1968)
- Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
- Cəfər Cabbarlının dəfni (film, 1935)
- Cənub sərhədlərinin keşiyində (film, 1941)
- Doğma torpaq, Azərbaycan (film, 1960)
- Dostların görüşü (film, 1977)
- Dostların gözü ilə (film, 1979)
- Dostların ölkəsində (film, 1966)
- Dostluq məşəli (film, 1965)
- Dostluq yolu ilə (film, 1964)
- Estafet (film, 1982)
- Əbədi qardaşıq (film, 1965)
- Əfsanəvi qüvvə (film, 1978)
- Əzim Əzimzadə (film, 1967)
- Fəxri keşikdə (film, 1938)
- General Həzi Aslanov (film, 1945)
- Hanı mənim övladlarım? (film, 1967)
- Hava hücumundan müdafiə (film, 1960)
- Xarici tələbələr (film, 1968)
- İçəri Şəhər (film, 1964)
- İgidliyin əbədidir sənin (film, 1971)
- İlk müjdələr (film, 1960)
- "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956)
- Kür (film, 1963)
- Qabaqcıl sovxozda (film, 1955)
- Qarabağa səyahət (film, 1968)
- Qardaşlaşmış şəhərlər (film, 1970)
- Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946)
- Qocaman Həmkarlar İttifaqı (film, 1947)
- Quraqlıq (film, 1971)
- Lenin bizimlədir (film, 1970)
- Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961)
- Mahnı axşamı (film, 1962)
- Mənim Azərbaycanım (film, 1960)
- N. S. Xruşşov Bakıda (film, 1960)
- Naxçıvan MSSR (film, 1959)
- Neft keşikçiləri (film, 1937)
- Nəriman Nərimanov (film, 1966)
- Nəriman Nərimanov (film, 1972)
- Nizami (film, 1941)
- Odla təkbətək döyüş (film, 1960)
- Pambıq tarlalarının mexanizatorları (film, 1960)
- Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976)
- Polşada Azərbaycan günləri (film, 1970)
- S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
- Sevinc sarayı (film, 1970)
- Salam, Əlcəzair (film, 1968)
- Səhnə veteranı (film, 1974)
- Sizin poçt indeksiniz (film, 1974)
- Sonuncu müsahibə (film, 1960)
- Sovet Azərbaycanı (film, 1948)
- Sovet Azərbaycanının nailiyyətləri (film, 1964)
- SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937)
- Sumqayıt gənclik şəhəridir (film, 1964)
- Şəki heyvandarlıq kompleksi (film, 1975)
- Todor Jivkov Bakıda (film, 1973)
- Umnisə xanım (film, 1969)
- Ümumxalq təntənəsi (film, 1938)
- Yeddiilliyin adamları və işləri (film, 1960)
- Zaman haqqında, özüm haqqında (film, 1972)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.