Fransa krallığı

Fransa Krallığı — 843–1792-ci illərdə mövcud olmuş qədim krallıqdır. Son orta əsrlərəyüzillik müharibəyə qədər Avropanın ən güclü dövlətlərindən biri idi. Həm də dünyada müstəmləkəyə malik olan erkən müstəmləkə dövlətlərindən biri idi. Hökmdarın səlahiyyətləri 1791-ci ildə məhdudlaşdırıldı, 1792-ci ildə monarxiya ləğv edildi və Birinci Fransa Respublikası yaradıldı. Krallığın paytaxtı Paris şəhəri, dini Roma katolikliyi idi. Sloqanı Montjoie Saint Denis!, dövlət himni Marche Henri IV (1590–1792, 1814–1830)
La Parisienne (1830–1848) olmuşdur.

Tarixi dövlət
Fransa krallığı
fr. royaume de France
Bayraq Gerb
Bayraq Gerb
«Montjoye Saint Denis»

Paytaxt Paris, Versal, Paris
Dilləri fransız dili
Rəsmi dilləri
Dövlət dini katolisizm
Valyuta Tur livri, Fransa frankı
İdarəetmə forması mütləq monarxiya, konstitusiyalı monarxiya, aristokratik monarxiya[d], ikili monarxiya[d], Fransa Krallığı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fransa krallığı Bayrağı
2-ci Fransa krallığının bayrağı
Fransa krallığının gerbi
1552–1798-ci illərdə Fransa
1223-cü ildə Fransa departamentləri

Yüzillik müharibə

redaktə
  Əsas məqalə: Yüzillik müharibə

Yüzillik müharibə 1337-ci ildə başlamış və 1453-cü ildə başa çatmışdır. Topdan dünyada ilk dəfə bu müharibədə istifadə edildi. İngiltərə 1337-ci ildə Fransaya müharibə elan etdi. Ancaq ingilislər məğlub oldular.

Amerikadakı koloniyalar

redaktə

Fransa kralı IV Henrix 1534-cü ildə Fransa adından Şimali Amerikanı kəşf etdi və orada bir koloniya qurdu. Amerikada qurduğu koloniya "Yeni Fransa" adlanırdı.

İtaliya müharibələri

redaktə

İtaliya müharibələri 1494-cü ildə başladı. Müharibənin səbəbi super güc olmaq idi. 1494-cü ildə başlamış müharibə 1559-cu ildə başa çatdı. 1524-cü ildə müharibə davam edərkən Fransa kralı Osmanlı sultanı Sultan Süleyman Qanunidən kömək istədi. Bu müharibə ilə İspaniya Avropada super gücə çevrildi.

Fransada dini müharibələr

redaktə
Fransada dini müharibələr və ya Hugenot Müharibələri 1562–1598-ci illərdə Fransada katoliklərprotestantlar (hugenotlar) arasında baş verən vətəndaş müharibəsi

Səksənillik müharibə

redaktə
  Əsas məqalə: Səksənillik müharibə

Hollandiya İstiqlal Müharibəsi 1568-ci ildə, Almaniyanın on yeddi əyalətindəki üsyanla birlikdə başladı. 1581-ci ildə Hollandiya müstəqil oldu. Vestfaliya ilə rəsmi olaraq İsveçrəHollandiya Almaniyadan müstəqilliyini qazandı. Müharibə 1648-ci ildə Vestfaliya müqaviləsi ilə başa çatdı.

Otuz illik müharibə

redaktə
  Əsas məqalə: Otuzillik müharibə

Otuz illik müharibə 1618-ci ildə başladı; 1648-ci ildə Vestfaliya müqaviləsi ilə başa çatdı.

XIV Lüdovik

redaktə
  Əsas məqalə: XIV Lüdovik

XIV Lüdovik 1643-cü ildə 5 yaşında taxt-taca sahib oldu. Dünyanın və Fransanın ən uzun müddətdə taxta qalmış şəxsi olaraq rekorda imza atmışdır. Onun hakimiyyəti 72 il davam etmişdir. XIV Louis 1715-ci ildə vəfat etdi və onun yerinə XV Lüdovik 5 yaşında (1 sentyabr 1715 – 10 may 1774) taxta sahib oldu.

Yeddiillik müharibə

redaktə
  Əsas məqalə: Yeddiillik müharibə
  Əsas məqalə: Paris müqaviləsi (1763)

Yeddiillik müharibə 1756-cı ildə müstəmləkə sərhədi mübahisəsinə görə başladı. 1763-cü ildə müharibəyə son qoyan Paris müqaviləsi imzalanmışdır; Bu müqavilə ilə Fransa Amerikadakı müstəmləkələrini itirdi və İngiltərə çoxlu torpaq qazandı. Bununla yanaşı, bugünkü ABŞ-ni meydana gətirəcək on üç koloniya meydana gəldi.

Fransız inqilabı

redaktə
  Əsas məqalə: Böyük Fransa inqilabı

Böyük Fransa inqilabı (fr. Révolution française; 1789–1799) — Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm tarixi hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial inqilab.