Vestfaliya sülhü

Vestfaliya sülhü — 15 may və 24 oktyabr 1648-ci ildə Osnabrük və Münsterdə imzalanan sülh müqavilələri. Bu sülh beynəlxalq münasibətlərdə suveren dövlət prinsipinin bərqərar olmasına gətirdi.

Müqəddəs Roma imperiyası 1648-ci ildə

Sülh danışıqlarının keçirildiyi yer

redaktə

Sülh haqqında danışıqlar Vestfaliya əyalətinin tarixi ərazilərində: Müntser katolik yepiskopluğunda və Osnabryuk protestant yepiskopluğunda keçirilirdi. Müqəddəs Roma imperiyası tərəflər arasında bərabər prinsiplərin təmin edilməsi məqsədilə sülh danışıqlarının şərtlərinin müzakirəsini protestant dövlətlər və İsveçlə Osnabryuk yepiskopluğunda, katolik dövlətlər və Fransa ilə Münster yepiskopluğunda aparırdı.

Vestfaliya sülhünün bağlanması ilə Müqəddəs Roma imperiyasında Otuzillik müharibə bitdi. Bəzən Vestfaliya sülhünə İspaniya ilə Birləşmiş Niderland Əyalətləri arasında, Səksənillik müharibəni bitirən 1648-ci il 30 yanvar sülh müqaviləsini də aid edirlər. Bununla belə Hollandiya ilə İspaniya arasındakı döyüş əməliyatlarını Otuzillik həm də Səksənillik müharibənin hissəsi hesab edirlər. Vestfaliya sülhü ilk müasir diplomatik konqresin nəticəsi hesab olunur. O, Avropada milli suverenitet konsepsiyaya əsaslanan yeni qaydaların başlanğıcı oldu. Razılaşma Müqəddəs Roma imperiyası, İspaniya, Fransa, İsveç, NiderlandMüqəddəs Roma imperiyası knyazları timsalında onların müttəfiqlərinə aid idi. 1806-cı ilə qədər Osnabrük və Münster sazişləri normaları Müqəddəs Roma imperiyasının konstitusion qanununun bir hissəsi hesab olunurdu. Bəzən 1659-cu ildə imzalanan və Fransa ilə İspaniya arasında müharibəyə son qoyan Pireney sülhü də "ümumi həmrəyliyin" son mərhələsi hesab olunur. Üç illik danışıqlardan sonra 24 oktyabr 1648-ci ildə Otuzillik müharibəyə (1618–1648) son qoyan "Vestfaliya sülhü" bağlandı. Bu müharibədə katolik və protestan knyazları rəqib idi. Birinciləri İspaniya, AvstriyaPolşa, ikinciləri Fransa, İsveç, Danimarka, Niderland, Böyük BritaniyaRusiya dəstəklədi.

Tərəflərin ərazi iddiaları

redaktə

Konqres iştirakçısı olan ölkələrin hər biri öz məqsədlərini güdürdü: Fransa Elzas və Brayzax ərazilərinə yiyələnmək, Mets, Tul və Verden yepiskopluqları üzərində öz hüquqlarının tanınmasına cəhd göstərirdi. İsveç Pomeraniyanı, Sileziyanı və həmçinin Vismarı, Bremen, Ferden yepiskopluqlarını və ordunun buraxılması üçün pul tələb edirdi. Müqəddəs Roma imperiyası Pinerolo qalasına iddialı idi.

Vesfaliya sülhü iki müqavilədən ibarətdir – (Müqəddəs Roma imperiyası ilə İsveç arasında bağlanan) Osnabrük və (Müqəddəs Roma imperiyası ilə Fransa və onun müttəfiqləri arasında bağlanan) Münster razılaşmaları. Bu müqavilədə ilk dəfə Rusiyanın Avropa dövlətləri sırasında Moskoviya kimi adı keçir. Vestfaliya sülhü İsveçNiderlanda öz müstəqilliyini qorumaq imkanı verdi, ancaq Almaniyanın taleyində mənfi rol oynadı: onun ərazisinin bir hissəsinin İsveçFransaya keçməsindən başqa, ölkədə uzun müddətə yarımfeodal pərakəndəlik bərqərar oldu.

Tarixi dəyərləndirmələr

redaktə

Tarixçilər arasında Vestfaliya sülhünə müxtəlif münasibət var. Bəziləri hesab edir ki. Bu sülh, əsas prinsipləri: bərabər hüquqlu dövlətlər, problemlərin sülh yolu ilə həll edilməsi öhdəlikləri, birgə asayişi saxlamaq ideyası; suverenitet anlayışı meydana gəlməsi, olan müasir beynəlxalq hüququn əsasını qoydu. Başqaları hesab edir ki, Vestfaliya sülhü beynəlxalq münasibətlərin köhnə iyerarxik qaydalarını dağıdaraq, əvəzində qayda qanunu saxlamaq üçün əməli mexanizm yarada bilmədi.

Mənbə

redaktə

Vestfaliya sülhü bağlandı

Həmçinin bax

redaktə