Venesiya
Venesiya | |||||
---|---|---|---|---|---|
Venezia Venesia | |||||
|
|||||
45°26′23″ şm. e. 12°19′55″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 25 mart 421 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 2 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +39 041 | ||||
Poçt indeksi | 30121–30176 | ||||
Nəqliyyat kodu | VE | ||||
Digər | |||||
comune.venezia.it | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Venesiya (it. Venezia) və ya Venedik[4] — İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır.
Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr–16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829–832; 1073–95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Venesiya ərazisində Adriatik dənizinin şimal sahillərindəki laquna adalarında e.ə.5-ci əsrdən ilk yaşayış məskənləri olmuşdur. 7-ci əsrin sonunda və ya 8 əsrin əvvəlində adalarda başda doj olmaqla respublika yarandı. Venesiya şəhəri 9-cu əsrin əvvəlində Rialto adalarında salınmışdır. 9–10-cu əsrlərdə Qərbi Avropa ilə Şərq arasındakı ticarətdə ən böyük vasitəci mərkəzə çevrildi. Venesiyada metal, ağac, xəz-dəri emalı, parça, şüşə istehsalı meydana gəldi, gəmiqayırma inkişaf etdi. 10-cu əsrin sonlarında yaxın Venesiya artıq müstəqil dövlət idi. Bu dövrdən başlayaraq Venesiya respublikası İstriyanın bir sıra şəhərlərini özünə birləşdirdi. Azərbaycanla Venesiyanın ticarət əlaqələri 11–12-ci əsrlərdən başlanır. Göndərdiyi səfirlərdən bəzisi (Alessandri, Zeno, Barbaro, Kontarini və b.) Azərbaycanda olmuşdur. 11–12-ci əsrlərdə Venesiya güclü donanması sayəsində Adriatik dənizində hegemonluğu ələ aldı. Səlib yürüşləri zamanı səlibçilərə kömək edən Venesiya Aralıq dənizi rayonunda imperiyaya çevrilərək Konstantinopolun bir hissəsini, Mərmərə dənizində və boğazlardakı bir sıra limanları, Evbeya, Krit adalarını və s. ələ keçirdi. 14–15-ci əsrlər Venesiyanın çiçəklənmə dövrüdür. 1380-ci ildə Venesiya Genuya donanmasını darmadağın edərək əsas rəqibini Aralıq dənizinin şimal hissəsindən sıxışdırıb çıxardı və Qərbi Avropanın Şərqlə ticarətinin xeyli hissəsini öz əlinə aldı. 14–16 əsrlərin əvvəllərində Venesiyanın ərazisi daha da genişləndi, lakin türklərin Konstantinopolu tutması və coğrafi kəşflərlə əlaqədar ticarət yollarının Aralıq dənizindən Atlantik okeanına keçməsi Venesiya respublikasının qüdrətinə ağır zərbə vurdu. Venesiya-Türkiyə müharibələri (17–18 əsrlər) nəticəsində Venesiya Balkan yarımadasındakı və Aralıq dənizinin şimal rayonunda bütün ərazilərindən məhrum oldu. Venesiya mühüm ticarət dövləti kimi əhəmiyyətini itirdi, 17–18 əsrlərdə isə tamamilə tənəzzül etdi. 1797-ci il Kampoformio sülhünə görə Venesiya respublikasının bütün ərazisi Avstriyaya verildi. Sonradan 1805-ci il Presburq sülhünə əsasən İtaliya krallığına birləşdirildi. Vyana konqresi yenidən Venesiyanı Avstriyanın hökmranlığına verdi. 1848 ildə Venesiya yenidən respublika elan olundu, lakin 1849 ilin avqustunda Avstriya ordusunun zərbələri altında respublika süqut etdi. 1866-cı ildə Vyana sülhünə görə Venesiya İtaliya krallığının tərkibinə daxil edildi. Alman işğalı dövründə (1943–45) Venesiya Müqavimət hərəkatının mühüm mərkəzlərindən idi. 1945-ci il aprelin 28-də azad edilmişdir.
Fiziki-coğrafi göstəriciləri
[redaktə | mənbəni redaktə et]İqlimi
[redaktə | mənbəni redaktə et]Venesiya Aralıq dənizi iqliminə uyğun cənub şəhəridir. Təqribən Quba və ya Krım ilə bir en dairəsində yerləşir. Venesiyada uzun yay və mülayim qış mövsümü xarakterikdir. Qışda hərdən qar yağır və havanın temperaturu mənfi olur.
Göstərici | Yanv. | Fevr. | Мart | Apr. | Мay | İyun | İyul | Аvq. | Sent. | Оkt. | Noy. | Dek. | İl |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Orta maksimum, °C | 5,8 | 8,2 | 12,0 | 16,3 | 21,2 | 24,8 | 27,5 | 27,0 | 23,6 | 18,1 | 11,5 | 6,7 | 16,9 |
Orta minimum, °C | −0,9 | 0,7 | 3,8 | 7,9 | 12,3 | 15,9 | 17,8 | 17,3 | 14,2 | 9,4 | 4,2 | 0,0 | 8,6 |
Yağıntı norması, mm | 58,1 | 54,2 | 57,1 | 64,3 | 68,7 | 76,4 | 63,1 | 83,1 | 66 | 69 | 87,3 | 53,7 | 801 |
Mənbə: meteoAM |
Su qabarmaları
[redaktə | mənbəni redaktə et]Venesiya yavaş-yavaş su altına gedir– bu artıq orta əsrlərdən məlum olan faktdır. Bu faktla qarşılaşan şəhər artıq iki dəfə yenidən qurulub — şəhər daha hündür adalara köçürülüb.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Karnavallar
[redaktə | mənbəni redaktə et]Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi, lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə XVIII əsrdə çatdılar. Düzdür 200 il unudulsa da yenidən 1980-ci ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir.
Görməli yerlər
[redaktə | mənbəni redaktə et]Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: "Avropanın ən qəşəng mehmanxanası San Markodur". Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 avroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.
Şəhər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Təhsil
[redaktə | mənbəni redaktə et]Nəqliyyat
[redaktə | mənbəni redaktə et]İdman
[redaktə | mənbəni redaktə et]Qardaşlaşmış şəhərləri
[redaktə | mənbəni redaktə et]- Sujou, Çin;
- Nitsa, Fransa;
- Sarayevo, Bosniya və Hersoqovina;
- Bakı, Azərbaycan;
- Lissabon, Portuqaliya;
- Tallin, Estoniya;
- Sankt-Peterburq, Russiya;
- İstanbul, Türkiyə;
- İrəvan, Ermənistan;
- Dubrovnik, Xorvatiya.
Astronomiyada
[redaktə | mənbəni redaktə et]1902-ci ildə italyan astronomu Luici Karnera tərəfindən kəşf edilən 487 saylı asteroid Venesiya şəhərinin şərəfinə Venesiya adlandırılmışdır.
Maraqlı
[redaktə | mənbəni redaktə et]- Venesuela Venesiya şəhərinin şərəfinə adlandırılıb.
- Rusiyalı şairə Anna Axmatova Venesiyanı "Su üzərində qızıl göyərçin yuvası" adlandırmışdı.
- Venesiyanın Murano adası şüşə-güzgü istehsalı ilə, Burano adası isə öz krujevaları ilə ixtisaslaşmışdır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Dünyanın ən qəribə şəhəri Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Kiçik Venesiya şəhərciyi
- Venesiya kinofestivalı
- Venesiya karnavalı
- Venesiya biennale
- Venesiya dojlarının siyahısı
- Venesiya körpülərinin siyahısı
- Venesiya patriarxı
- Venesiya kilsələrinin siyahısı
- Terraferma
- Venesiya-Osmanlı müharibələri
- Venesiya Respublikası
- Venesiya mətbəxi
- Venesiya şirkəti
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011. Italian National Institute of Statistics.
- ↑ https://demo.istat.it/?l=it.
- ↑ http://web2.anl.az:81/read/page.php?zoom=0&bibid=294336&pno=4 Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine Tarix terminləri [Mətn] /Ə. Ə. Salamzadə ; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Dil və Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi, Bakı, Azərnəşr, 1931-ci il(s.5)