Zərnə
Zərnə | |
---|---|
41°30′38″ şm. e. 46°49′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Zərnə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | vikimətni redaktə et]Zərnə kəndi Qax rayonunun mərkəzindən 18 km məsafədə (köhnə Zaqatala yolu üzərində) yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Kəndin adının yaranması tarixçəsində belə qeyd olunur ki, vaxtilə bu kənddə çəltik, düyü əkərlərmiş. Bu düyü növü zər kimi parıldayarmış, bərq vurarmış.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Zərnə oyk., sadə. Qax r-nunun Ləkit i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XVIII əsrin 20-ci illərində Dağıstanın Saxur kəndindən və Şəkidən köçüb gəlmiş ailələr Zəmə adlı çəltik əkini sahəsində salmışlar. Bəzi tədqiqatçılara görə, oykonim ərəb dilindəki zər (əkin) sözündən və -nə sözdüzəldici şəkilçisindən ibarət olub, “əkin yeri” mənasındadır.[2]
Əhalisi
[redaktə | vikimətni redaktə et]- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Zərnə kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 94 ailə yaşayırdı.[3] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- Kənd əhalisini etnik cəhətdən əsasən Azərbaycan türkləri, az bir qismini isə saxurlar təşkil edir.[4][5]
- 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ləkit kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2603 nəfər (1274 nəfəri kişilər, 1329 nəfəri qadınlar) əhali yaşayırdı.[6]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Zərnə kəndində 237 təsərrüfatda hər iki cinsdən toplam 747 nəfər əhali yaşamaqdadır.[7]
Din
[redaktə | vikimətni redaktə et]Kənddə Zərnə kənd məscidi dini icması fəaliyyət göstərir[8].
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://qax-ih.gov.az/page/23.html.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского ��круга, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005 The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
- ↑ "Saxurlar - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi". multikulturalizm.gov.az (az.). 2024-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu[ölü keçid]
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2016-03-12 at Archive.today—yoxlanılıb: 25.11.2014
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |