41°31′27″ şm. e. 47°04′30″ ş. u.HGYO

Sarıbaş (Qax)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sarıbaş
41°31′27″ şm. e. 47°04′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.602 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 166 nəf.
Xəritəni göstər/gizlə
Sarıbaş xəritədə
Sarıbaş
Sarıbaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SarıbaşAzərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.

Sarıbaş kəndi XIV əsrdə yaşayış məskəni kimi formalaşmışdır. Cəlairlər Sarıbaş kəndinin ilk daimi sakinləri olmuşdur.[1] Kənd XVI əsrin ortalarında (1556) yerli azərbaycanlıların (türklər) və Dağıstandan köçüb gələn saxur ailələrin məskunlaşması nəticəsində daha da böyümüşdür.[2] İlisu sultanlığı zamanı Sarıbaş mövcud 3 qrup kəndlər qrupundan Qaradolaq (İlisu) qrupuna daxil idi. Məhz Qaradolaq qrupuna türk mənşəli kəndlər daxil idi. (Sarıbaş, İlisu, Ağçay, Qaşqaçay, Yuxarı Malax, Aşağı Malax, Əmbərçay).[3] Regionda mövcud olan islamın şafiilik və hənəfilik məzhəblərinə zidd qeyri mühafizəkar dünyagörüşünə malik əhali qrupuna malikdir. Yerli əhalinin dünya görüşündə daha cox atəşpərəstlikxristianlıqla bağlı elementlərin çoxluğu maraq doğurur.

Sarıbaş oykonimi, sadə.[2] Kənd əhalisinin çox hissəsi Cəlayir kəndinə köçmüşdür. Sarıbaş yaşayış məntəqələri ErmənistandaKrımda da qeydə alınmışdır.[2]

Kənd əhalisinin mədəniyyəti diffuz (qaynayıb qarışma nəticəsində yaranan) mədəniyyətdən təsirlənmişdir.

1955-ci ildə istehsal olunmuş "Alagöz yaylağında" filmi Sarıbaş kəndinin çobanlarına həsr olunmuşdur.[4]

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]
Sarıbaş kəndi iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 7 8 12 19 23 26 28 28 25 21 14 10 18,4
Maksimum orta, °C 0 1 4 11 17 21 24 24 19 13 7 2 11,9
Minimum orta, °C −6 −7 −3 3 7 10 12 12 9 5 0 −4 3,2
Mütləq minimum, °C −15 −17 −13 −5 1 4 7 7 2 −3 −8 −13 −4,4
Yağıntı norması, mm 32 40 58 79 74 54 39 28 44 70 62 35 615
Mənbə: [1]


Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. şimal-qərbdə Kürmükçayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir.[5] Qışı sərt, yayı isə mülayimdir.Yüksək dağlarla əhatə olunub.[6]

Hazırda Sarıbaş kəndinin əhalisi monoetnik olsa da tarixi mərhələlər üzrə burada məskunlaşmış müxtəlif etnik qrup və xalqların qaynayıb qarışması nəticəsində formalaşmışdır. Buna türk kökənli tayfalara mənsub bir neçə nəsil və saxurlar daxildir.[mənbə göstərin]

Sarıbaş kəndi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 49 təsərrüfatda hər iki cinsdən təxminən 131 nəfər əhali yaşamaqdadır.[7]

Görkəmli şəxsləri

[redaktə | vikimətni redaktə et]
  1. Natiq Abbasov. Qədim azəri yurdu — Qax. Bakı: "Ağrıdağ" nəşriyyatı, 2000, səh.132.
  2. 1 2 3 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva və Şəms Qocayeva; Redaktor: Rübabə Əliyeva; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Bakı: "Şərq–Qərb" nəşriyyatı, 2007, 175 səh". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
  3. Линевич. И. П. Бывшее Елисуйское султанство. ССКГ, вып. 7.- Тифлис: 1873. с.10-15.
  4. Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 65.  (az.)
  5. "Arxivlənmiş surət". 2019-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
  6. "Arxivlənmiş surət". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
  7. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]