39°22′02″ şm. e. 46°26′36″ ş. u.HGYO

Yuxarı Cibikli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yuxarı Cibikli
39°22′02″ şm. e. 46°26′36″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Cibikli xəritədə
Yuxarı Cibikli
Yuxarı Cibikli

Yuxarı CibikliAzərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Yuxarı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir. Keçmiş adı Tercür olmuşdur. Kənd Aşağı Cibikli kəndinə nisbətən bir qədər yüksəklikdə yerləşir. Oykonimin ikinci komponenti cibikli tayfasının adını əks etdirir.[2]

Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli cibikli tayfasına mənsub olmuşdur.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]