Xanlıq (Qubadlı)
Xanlıq | |
---|---|
39°16′03″ şm. e. 46°43′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Xanlıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılmışdır. Oykonim "xana məxsus mülk (malikanə)" mənasındadır.[2] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb, 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. “Azərkosmos” Xanlıq kəndində ermənilər tərəfindən yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu ildə əldə olunmuş təsvirini yayımlayıb.[3]
2020-ci ilin 25 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adı ilə adlanmışdır. Oykonim "xana məxsus mülk" mənasındadır.[4]
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Xanlıq kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuş və öz yüksək keyfiyyəti ilə seçilmişdir. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.
Təhsil
[redaktə | vikimətni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub – şərqdə yerləşən Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.
Şəkillər
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 238. (az.)
- ↑ ""Azərkosmos" Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |