Xaçın knyaz sarayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xaçın knyaz sarayı
Ölkə  Azərbaycan
Şəhər Kəlbəcər
Yerləşir Vəngli kəndi yaxınlığında
Aidiyyatı Xaçın knyazlığı
Sifarişçi Həsən Cəlal
Tikilmə tarixi XIII əsr
Vəziyyəti xarabalıqları qalıb
Xaçın knyaz sarayı (Azərbaycan)
Xaçın knyaz sarayı

Xaçın knyaz sarayıKəlbəcər rayonunun Vəngli kəndində yerləşən XIII əsrə aid tarix-memarlıq abidəsi. Saray, Xanabert qalasından şimalda, Gəncəsər monastırı yaxınlığında yerləşir. Saray, Həsən-Cəlalyanlar sülaləsindən olan Aşağı Xaçın knyazlarının iqamətgahı olmuşdur.

XIII əsrdə inşa edilmiş[1] Xaçın knyaz sarayı dövrümüzə yarıdağınıq vəziyyətdə çatmışdır. Vaxtilə yaxşı müdafiə olunmuş qəsr tipli saraydan qalan hissələr dörd ədəd yarımdairəvi künc qüllələri, giriş qapısı, divarların binə hissəsinin qalıqları, iki zalın divarları və saray otaqlarının əsas divarlarıdır.[1]

Xalq memarlığı ənənələrindən istifadə ilə yaradılmış Xaçın sarayı, sonrakı dövrlərdə yaxın ərazilərdə inşa edilən digər knyaz və məlik saraylarının memarlığına ciddi təsir etmişdir.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
Saray xarabalıqlarının müasir görünüşü

Sarayın qismən yaxşı qorunmuş künc qüllələrinin inşasında qonulmamış kvars daşlarından istifadə olunmuşdur. Divarların qalınlığı 1.6-1.8 metrdir. Hazırda dağılıq vəziyyətinə görə qüllələrin neçə mərtbəli olduğunu demək çətin olsa da, daha kiçik ölçülü qüllənin daha qədim olduğu dəqiqdir.[1]

Sarayı qismən daha yaxşı vəziyyətdə görmüş M. Barxudaryants yazır ki, “...çoxlu sayda otaqlardan təşkil olunmuş sadə tikili, əhəng məhlulu ilə tikilmiş qala divarları ilə əhatə olunub. Həsən Cəlalın sarayının ən cəzbedici hissəsi qəbul otağı və dövrün memarlıq xüsusiyyətlərini qoruyub saxlamış otaqlardan biridir. Otaqlar etibarlı və hündür divarlara malik olmaqla, tağtavanla örtülmüşdür. Yaxşı yonulmuş daşlardan hörülmüş daşıyıcı tağlar, zərif və incə işləmiş kapitellərə söykənir. Otaqlarda nadir hallarda dar pəncərələrə rast gəlinir. Sarayda ümumilikdə neçə otağın olduğunu müəyyən etmək mümkün deyil, çünki bütün tikili sıx ağaclar və moruq kolları arasında qalmışdır. Bitkiləri təmizləməmiş tədqiqatı davam etdirmək mümkünsüzdür.”[3]

Ş. Mkrtçyan qeyd edir ki, tikili qalıqlarına əsasən tağların yaxşı yonulmuş iri kvars bloklarından inşa edildiyini söyləmək mümkündür. Tağtavan dörd dəstək tağı ilə dörd hissəyə bölünürdü. Qərb tağı iki qatlı qalın divara söykənir, digər üç tağ isə zalı və nişdə yerləşən kiçik otağı bərabər hissələrə bölür. Daşıyıcı tağlar iki-üç sıra monolit və bərabər ölçülü daşlardan inşa edilməklə, kəməri bölən silindrik təmələ söykənir.[4] A. Qulyan qeyd edir ki, əsas zalın daşıyıcı tağlarını inşa edərkən Gəncəsər monastırının günbəzini saxlayan iki mərkəzli tağ prinsipindən istifadə olunmuşdur.[4]

Böyük zal dar dəhliz vasitəsiylə tağtavana malik, kvadrat formalı kiçik otaqla əlaqələndirilmişdir.Bu otaqda divarlarda ev əşyalarının yığılması üçün nişlər və buxarı vardır. Otağın bu cür tərtibi onun daha çox məişət xarakteri daşıdığını göstərir.[2]

Medafiə divarlarının cənub tərəfində digər tikililərin də qalıqları aşkarlanmışdır. Kompleksin şimal tərəfində yerləşən daxili həyətə geniş yer ayrılmışdır. Həyət kompleksi müdafiə edən qala divarları arasındakı hissənin demək olar ki, yarısını tutur.[2]

  1. 1 2 3 Мкртчян, 1989. səh. 21
  2. 1 2 3 Мкртчян, 1989. səh. 22
  3. Бархударянц, 1895. səh. 181
  4. 1 2 Гулян, А. Княжеский дворец Хачена (№3). Ереван: Лрабер. 1984. 53.
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
  • Бархударянц, Макар, Арцах, Баку, 1895