39°38′39″ şm. e. 46°24′28″ ş. u.HGYO

Həmzə Sultan sarayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həmzə Sultan sarayı
Xəritə
39°38′39″ şm. e. 46°24′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Laçın
Yerləşir Hüsülü kəndi
Tikilmə tarixi 1761
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.4227
Kateqoriyasaray
ƏhəmiyyətiYerli əhəmiyyətli
Həmzə Sultan sarayı (Laçın rayonu)
Həmzə Sultan sarayı
Həmzə Sultan sarayı (Azərbaycan)
Həmzə Sultan sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmzə Sultan sarayı — Saray Laçın rayonunun Hüsülü kəndinin ərazisində yerləşir.

Sarayın tarixi

[redaktə | mənbəni redaktə et]

Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.[1] XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrinin geniş istifadə edilib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. avanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəli olmaqla xeyli sayda yardımçı otaqları və divanxanaları vardır.[2]

İşğaldan sonrakı vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Rayonun işğalından sonra kəndin adı dəyişdirilir, Həmzə Sultan sarayı isə təmir edilərək qonaq evi kimi istifadəyə verilir. Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə işğalçılar tərəfindən qonaq evi kimi istifadə olunub.[3],[4]

  1. "Həmzə Sultan sarayı". ikisahil.com. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.02.2021.
  2. "Azərbaycan Qəzetinin Rəsmi internet səhifəsi". adalet.az. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  3. "Böyük strateji əhəmiyyət kəsb edən Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayondur". medeniyyet.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.02.2021.
  4. mct.gov.az http://mct.gov.az/az/umumi-xeberler/13268 (#bare_url_missing_title). 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.03.2021.