Vikipediya:Bilirsinizmi/sentyabr 2017
Bilirsinizmi arxivi
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Vikipediya məqalələrindən
- Əslən Krım tatarı olan Əhməd Xan Sultan (şəkildə) İkinci dünya müharibəsi zamanı 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini məhv etmişdir. Əhməd Xan eyni zamanda İkiqat Sovet İttifaqı Qəhrəmanı adını almış yeganə Krım tatarıdır.
- Jan Batist de Lamaz 1688-1709-cu illərdə Şamaxı Yezuit missiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. Din xadimi 1709-cu ilin 4 mart tarixində Şamaxı şəhərində vəfat edib.
- Bəhai dininin əsas idarəedici mərkəzi olan Ümumdünya Ədalət Evində Ali Orqanın üzvü kimi fəaliyyət göstərmiş Əli Naxçıvani əslən azərbaycanlıdır.
- Azərbaycan Respublikasında etnik pont yunanların kompakt yaşadığı yeganə kənd Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Mehmana kəndi olmuşdur.
- 3 minə yaxın insan tərəfindən danışılan Xınalıq dili üçün əlifba, xınalıqlı şair, aşıq, publisist Rəhim Alxas tərəfindən tərtib olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Vikipediya məqalələrindən
- Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edisonun təklifi ilə telefon danışığının əvvəlində alo deyilməyə başlanmışdır.
- Yapon müəllim Natsuki Matsumoto tərəfindən 31 iyul 2005-ci ildə Kiotoda qədim ailə proyektorunda aşkar edilən Katsudo Şaşin (şəkildə) ölkədə çəkilmiş ilk anime hesab olunur.
- 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında Gəncədə Çökək hamam tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunmuşdur.
- Pakistan Konstitusiyasının 243-cü maddəsinə görə, Pakistan Hərbi Hava Qüvvələrinin mülki komandanı Pakistan prezidentidir.
- Şəxs haqda gün üzünə çıxması problemlər yarada biləcək faktları ifadə edən idiom Dolabda skelet adlanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Vikipediya məqalələrindən
- Çox pul xərclənərək saxlanılan, lakin faydası ilə heç öz xərclərini qarşılamayan əşyaları, tikililəri ifadə etmək üçün Ağ fil idomundan istifadə olunur.
- ABŞ-ın Kaliforniya ştatının, San Fransisko şəhəri yaxınlığında yerləşən Alkatraz adasının adı ispan dilindən tərcümədə qutan mənasını verir.
- Saturn planetinin adı Roma mifologiyasında tanrı olan Saturndan qaynaqlanır və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir.
- Kolumbiyalı narkotik qaçaqçısı Pablo Eskobar narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir.
- Təbiətdə mövsümi hadisələr, onların başlama müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər sistemi Fenologiya adlanır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Vikipediya məqalələrindən
- Ayrılıq mahnısı ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirilib.
- Bakı şəhərində yerləşən Mələkli ev (şəkildə) 1917-ci il oktyabr inqilabına qədər Sergey Tumayevə məxsus idi.
- Müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri Elmar Məhərrəmov olub.
- 4 mart 2002-ci ildə Bakı şəhərində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi açılmışdır.
- 2018-ci ildə keçiriləcək UEFA Superkuboku matçı Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən A. Le Koq Arena stadionunda keçiriləcək.
bax – müzakirə et – redaktə et – tarixçə