Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.[1]
Məqsədlər və effektlər
[redaktə | mənbəni redaktə et]Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir.
Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin vergi sistemi çox hallarda onun və\və ya hökumətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə qədər ödəyəcək və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət vergi sistemini idarə edənləri seçir.
Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq "riayət qiyməti" adlanır və, misal üçün, əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir.
Bəzi iqtisadçılar, xüsusən neo-klassiklər, mübahisə edir ki, bütün vergilər bazarın əyilməsinə və iqtisadi səmərəsizliyə səbəb ola bilər. Ona görə də onlar bu əyilməni minimallaşdıran vergi sistemini təyin etməyə çalışırlar. Ən qəti vergiyə qarşı baxış anarxo-kapitalizmdir. Ona uyğun olaraq bütün sosial xidmətlər iradi olaraq istifadəçi tərəfindən alına bilər.
Vergilərin tarixi
[redaktə | mənbəni redaktə et]İlk tanınan vergi sistemi Qədim Misir olub, təxminən e.ə. 30-cu əsr aralığında Qədim Krallığın birinci sülaləsi dövründədir.[2] Yazılara müvafiq olaraq, firon ildə iki dəfə krallığı gəzərək əhalidən vergiləri yığırdı. Digər mənbələr isə taxıl anbarların əhəngdaşı və papirus üstündəki hesablarıdır.[3] İlk vergilər həm də Bibliyada təsvir olunub. Tövratda (fəsil 47, şer 24) yazılır: "Məhsul çıxanda, beşinci hissəni ver firona. Qalan beşdə dördü çölləri toxumlamaq və özünü, ailəni və uşaqlarını yedizdirmək üçün saxlaya bilərsən." Yusif peyğəmbər (Yosef) Misirin əhalisinə onların məhsulu necə bölüşdürməli və hansı hissəni firona verməli olduqları haqqında danışırdı. Məhsula 20% vergi tətbiq edilirdi.
Sonra Fars İmperiyası dövründə, e.ə. 500-ci ildə I Böyük Dara tərəfindən nizamda olan sabit vergi sistemi həyata keçirilmişdir.[4] Fars vergi sistemi hər bir Satrapiya (Satrap hökm etdiyi ərazi) üçün xüsusi şəkildə təyin olunurdu. Müxtəlif vaxtlarda imperiyada 20-dən 30-a qədər satrapiyalar var idi, və hər biri onun gözlənilən məhsuldarlığa əsasən qiymətləndirilirdi. Vergiləri yığmaq və öz xərcləri çıxıb imperatora göndərmək satrapların öhdəliyi olub. Müxtəlif vilayətlərdən t��ləb olunan məbləğlər onların iqtisadi potensialı haqqında xəbər verə bilər. Misal üçün Babil məhsulların geniş çeşidi üçün ən böyük məbləğə müəyyən olunub: 1000 gümüş talent və ordu üçün 4 aylıq ərzaq təchizatı.
Hindistan öz qızıl əfsanələrinə görə çox böyük olan 4680 gümüş talent məbləğində qızıl tozu təchiz etməli idi. Misir öz torpağının məhsuldarlığına görə məşhur idi. O, Fars imperiyasının (sonra isə Roma imperiyasının) taxıl anbarı kimi istifadə olunurdu və 700 gümüş talent ilə 120,000 vahidində taxıl təmin etməli idi. Həmin vergilər xüsusi insanlara qoyulurdu. Farslar və midiyalılar vergilərdən azad olublar, lakin onlar hər vaxt fars ordusunda xidmət göstərməli idi.[5] Hindistanda 11-ci əsrdə islam hökmdarları qeyri müsəlmanlardan cizyə vergisini tələb edirdilər. Bu Akbar tərəfindən ləğv olunub.
Ən azı XVII əsrdən Avropadaki vergi sistemini təsvir edən ancaq bir neçə yazılar qalıb. Amma vergi dərəcələri iqtisadiyyatın həcmi ilə müqayisə etmək çətin məsələdir, çünki istehsalın göstəriciləri o qədər də mövcüd deyil. 17-ci əsrdə Fransada dövlət xərcləri və gəlirləri 1600–1610 illərində 24.30 million livra, 1650–1659 illərində 126.86 million livra, 1700–1710-cu illərində dövlət borcu 1.6 milliard livra olan zaman 117.99 million livra təşkil edirdi.[6] Məhsulun hissəsi olan vergilər 17-ci əsrdə Fransa, Niderland, Skandinaviyada 15–20%a çata bilirdi. Müharibələr ilə dolu 18–19-cu əsrlərdə vergi dərəcələri çox yüksəlib, çünki müharibə dövlət üçün çox bahalı çıxırdı, ona görə də vergi sistemi mərkəzləşdirilib və daha peşəkar olub. İngiltərədə bu yüksəliş daha aşkar idi: Piter Matias və Patrik Obrayn müəyyən etdilər ki, o 85%-a çatıb. Digər araşdırma da bu rəqəmi sübut etdi və göstərib ki, vergidən adambaşına düşən gəlir 18-ci əsrə nisbətən 6 qat artıb, lakin sənayə inqilabından əvvəl sabit iqtisadi inkişaf hər bir insan üçün vergi ağırlığının ancaq iki qat artmasına səbəb olub.
Fransa İnqilabından əvvəl orta vergi dərəcələri Britaniyada Fransaya nisbətən aşağı olub, adambaşı ilə sayınca iki qat az, amma onlar əsasən xarici ticarətə qoyulmuşdur. Fransada vergi dərəcəsi aşağı olub, amma öhdəlik əsasən torpaq sahiblərinə, fərdilərə və daxili ticarətə qoyulub, ona görə də xalq qəzəbinə səbəb olurdu.[7]
Ümumi Daxili Məhsulun faizi ilə ölçülən vergilər 2003-cü ildə Danimarkada 56,1% olub, Fransada 54,5%, Avro ərazisində 49,0%, Birləşmiş Krallıqda 42,6%, ABŞdə 35,7%, İrlandiyda 35,2%, və bütün ATƏT üzvlərində orta 40,7%dir.[8][9]
Azərbaycanda vergilər
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
- dövlət vergiləri;
- muxtar respublika vergiləri;
- yerli vergilər (bələdiyyə vergiləri).
Dövlətin vergiləri içərisində:
- Dövlət vergilərinə aşağıdakılar aiddir:
- Fiziki şəxslərin gəlir vergisi;
- Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
- əlavə dəyər vergisi;
- aksizlər;
- Hüquqi şəxslərin əmlak vergisi;
- Hüquqi şəxslərin torpaq vergisi;
- yol vergisi;
- mədən vergisi;
- sadələşdirilmiş vergi;
- Yerli vergilərə aşağıdakılar aiddir:
- fiziki şəxslərin torpaq vergisi;
- fiziki şəxslərin əmlak vergisi;
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın Statistik göstəriciləri 2010. Bakı, "Səda", 2010, 840 s.
- Allahverdiyev H.B., Qafarov K.S., Əhmədov Ə.M. İqtisadiyyatın dövlət tənzimlənməsi. Bakı, "Nasir", 2002, 447 s.
- Kəlbiyev Y. A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Monoqrafiya. Bakı, "Elm", 2005, 468 s.
- Məmmədov F.Ə. və başqaları. Vergilər və vergitutma. Bakı: 2010, 512 s.
- Rzayev Z.H. Vergi menecmenti. Dərslik. Bakı: 2007, 324 s.
- Бабашкина А.М. Государственное регулирование национальной экономики. М.:Финансы и статистика, 2007, 256 c
- Зверев В.А. Методы государственного регулирования инвестиционной деятельности. – М.: Экономист, 2006. 124 c.
- Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. Налоги и налогообложение в Азербайджане. Баку: 2005, 530 c.
- Самедзаде З.А "Этапы большого пути – Экономика Азербайджана за полвека, её новые реалии и перспетивы", Баку: "НУРЛАР", 2004, 936 с.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 11
- ↑ Taxes in the Ancient World Arxivləşdirilib 2007-01-01 at the Wayback Machine, University of Pennsylvania Almanac, Vol. 48, No. 28, April 2, 2002
- ↑ Olmert, Michael (1996). Milton's Teeth and Ovid's Umbrella: Curiouser & Curiouser Adventures in History, p.41. Simon & Schuster, New York. ISBN 0-684-80164-7.
- ↑ "Arxivlənmiş surət". 2013-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-05.
- ↑ "Arxivlənmiş surət". 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-05.
- ↑ Hoffman, Phillipe and Kathryn Norberg (1994), Fiscal Crises, Liberty, and Representative Government, 1450–1789, p. 238.
- ↑ Hoffman, Phillipe and Kathryn Norberg (1994), Fiscal Crises, Liberty, and Representative Government, 1450–1789, p. 300 .
- ↑ "OECD national accounts". 2008-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-01.
- ↑ Tax/Spending Burden Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine, Forbes magazine, 05–24–04
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vergi anlayışı ilə bağlı testlər
- Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə
- Vergi işçisinin etik davranış Kodeksi
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |