Toqo
Toqo | |||||
---|---|---|---|---|---|
République togolaise | |||||
| |||||
"Travail, Liberté, Patrie" (isp. "Əmək, Azadlıq, Vətən") |
|||||
Himn: (az.) "Salam olsun sene, əcdadlarımızın torpağı" |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Lome | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Faure Gnassingbé | ||||
Baş nazir | Komi Klassu[5.VI.2015-] | ||||
Sahəsi | Dünyada 125-ci | ||||
• Ümumi | 56 785 km² | ||||
• Su sahəsi (%) | 4,2 | ||||
Əhalisi | |||||
• Əhali | 7,552,318 nəfər (100-cü) | ||||
• Siyahıyaalma (2010) | 5,337,000 nəf. | ||||
• Sıxlıq | 125.9 nəf./km² (93-cü) | ||||
• Ümumi | 8.334.047.486 $[1], 8.126.439.481 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 11.558 milyard dollar (150-ci) | ||||
• Adambaşına | 1,567 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2016) | 4.499 milyard dollar | ||||
• Adambaşına | 610 dollar | ||||
İİİ (2014) | 0.484 | ||||
İnternet domeni | .tg | ||||
ISO kodu | TG | ||||
BOK kodu | TOG | ||||
Telefon kodu | +228 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Toqo (fr. Togo) — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir.
Adının Etimologiyası
[redaktə | mənbəni redaktə et]Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var.
Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir. Qitədə bu qədər sahayədən daha az bir sahəyə sahib olan çox az sayda ölkə var. Ölkə uzun və dar bir quruluşa sahib olub, şimal-cənub istiqamətində uzunluğu 550 km olub, qərb-şərq istiqamətində ən dar bölgəsi 50 km, ən geniş bölgəsi isə 140 km-dir. Atakora sıra dağları ölkəni çarpaz bir şəkildə bölür. Sıra dağların orta yüksəkliyi 600 m səviyyəsindədir. Toqoda olan ən yüksək dağ 986 m ilə Agou Dağı, ən uzun çayı isə 50 km-i dəniz nəqliyyatına yararli olan və şimal-cənub istiqamətində axan 400 km-lik Mono çayıdır. Ölkə ərazisinin 16% -i meşə ilə örtülü olduğu halda, 25% kənd təsərrüfatı sahəsi, 3,5% isə yaylalardır. Toqonun mərkəzi hissələri yüksəkliklər olduğu halda, şimala getdikcə nisbətən dərə təpəliklər azalır. Ölkənin cənubunda isə meşəlik sahələr və bataqlıqlar geniş yayılıb.