Talış dağları
Talış dağları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Talış |
Dağ silsiləsi | Burovar, Peştəsər və Talış dağ |
Mütləq hündürlüyü | 2493 m |
Hündür zirvəsi | Kömürgöy |
Yerləşməsi | |
38°42′ şm. e. 48°18′ ş. u.HGYO | |
Ölkələr | |
Rayonlar | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Talış dağları — Azərbaycanın ucqar cənub-şərqində və İranın ucqar şimal-qərbində Ərdəbil ostanı və Gilan ostanı daxilində dağ silsiləsi. Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Əlburz (İran dağlarına keçid həlqəsini təşkil edir və həqiqi hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir) .[1] Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağları cənub-şərqdə Əlburz, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və başqa çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.[2]
Talış dağlarında yağıntılar
[redaktə | mənbəni redaktə et]Vilayətin daha cənub mövqeyi, yüksək termik vəziyyəti, Xəzər sahilində yerləşməsi, su buxarının miqdarının çox olmasını şərtləndirir ki, bu da Talış dağlarında, yağıntıların miqdarının çox olmasına gətirib çıxarır. Dənizə yaxınlıq və onun kifayət qədər hündürlüklü dağ silsiləsi ilə uyğunluq təşkil etməsi, bu dağların da rütubətli havanın daha cənuba doğru hərəkətinin qarşısını alması ilin soyuq dövründə şimal, şimal-şərq və şərqdən gələn soyuq hava kütlələrinin müdaxiləsi şəraitində bol yağıntıların yaranmasına gətirib çıxarır. Yerli əhəmiyyət daşıyan Xəzər mussonları zəif olur, yayda dənizdən quruya əsməsinə baxmayaraq özləri ilə bol yağıntı gətirmir. Deyilənlər bir daha göstərir ki, Talış dağlarında bol yağıntıların düşməsi yalnız Xəzər dənizinin təsiri ilə izah edilə bilməz. Əsas səbəb tədqiqat rayonunun fiziki coğrafi şəraiti, dəniz və atmosferin ümumi dövranının xüsusiyyətlərinin qarşılıqlı təsir edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan təbiəti haqqında ümumi məlumat". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-01.
- ↑ Azərbaycanın Etnoqrafiyası Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine 1-ci Cild, səh 14 – Prezident Kitabxanası
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Dağ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |