Bolqarçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bolqar çayı
Ölkə  Azərbaycan
Rayon
  • Biləsuvar rayonu
Mənbəyi Talış dağları
 • Yüksəkliyi 1716 m
Mənsəbi Mahmudçala gölü
Uzunluğu 163 km
Hövzəsinin sahəsi 2170 km²
Bolqarçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Bolqarçay Azərbaycanın fiziki xəritəsində:

38°57′29″ şm. e. 48°12′52″ ş. u.HGYO

39°25′03″ şm. e. 48°41′03″ ş. u.HGYO

Bolqar — Azərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə Bolqar quruyur.

Bolqarçay Yardımlı, CəlilabadBiləsuvar rayonlarının ərazisindən axır. İran ərazisində Qaolqar ın şial yamacından başlayıb. Biləsuvar rayonunda Mahmudçala gölünə tökülür. Orta axarında İranla sərhəd xəttini təşkil edir. Yay fəslində suyu quruyur. Suvarmada istifadə olunur. Talışlar arasında Bolharu, VII əsrə aid mənbələrdə Baranrud, XIV əsrdə Bacrəvançay formasında qeydə alınmışdır. .

31 may 2023-cü ildə çayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, AmankəndMuğan kəndlərinin sakinləri təxliyə edilmişdir.[1]

  1. "Biləsuvarda təxliyə olunan kəndlərdən birinin sakinləri evlərinə qayıda bilməyiblər". report.az (az.). report.az. 31 may 2023. 1 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 iyun 2023.