21°45′ şm. e. 88°45′ ş. u.HGYO

Sundarban

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sundarban
benq. সুন্দরবন
Ümumi məlumatlar
Sahəsi 139,500 ha
Yerləşməsi
21°45′ şm. e. 88°45′ ş. u.HGYO
Ölkələr
Vilayətlər
  • Khulna
  • Qərbi Banqladeş
Sundarban xəritədə
Sundarban
Sundarban
Sundarban xəritədə
Sundarban
Sundarban
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SundarbanHindistan ilə Banqladeşin sərhədində yerləşən dünyanın ən böyük manqrov meşəsidir. Adı, Benqal dilində gözəl meşə mənasını verən meşənin Hindistandakı hissəsi milli park elan edilmişdir.

Sundarban meşəsi Qanq çayının dənizə töküldüyü yerdə yerləşir. Qanq çayı burada delta əmələ gətirmişdir. Bu səbəblə bu bölgədə çoxlu sayda xırda ada və bataqlıq əmələ gəlmişdir. Bölgədə dəniz suyunun duzlu olması ilə əlaqəli burada duzlu su heyvanlarına rast gəlmək mümkündür.

Sundarman sözü benqal dilində "Gözəl meşə" mənasını verir ( Shundôr "gözəl" və BON "meşə"). Bəzi mənbələrdə meşənin adı Shomudrobôn ( "Dəniz Meşəsi") və ya Chandra-bandhe (qədim bir qəbilə adı) mənası verdiyi düşünülür.

Sundarban Milli Parkı

[redaktə | vikimətni redaktə et]

Sundarban Milli Parkı 1973 ilində Sundarban meşəsində Benqal pələngini qorumaq məqsədi ilə qoruq olması qərara gəlinmiş sonra 4 may 1984-də isə Milli Park elan edilmişdir. Sundarban meşəsi həmçinin 1997-də Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1]

Flora və fauna

[redaktə | vikimətni redaktə et]

Sundarbanın əvəz olunmaz təbiəti vardır. Dünyanın ən böyük manqrov meşələrindən biri olan Sundarbanda ümumi 245 cins və 334 bitki növü qeydə alınmışdır.Sundari ağacı (Heritiera littoralis) bu bölgədə çox yayıldığı üçün adını buradan almışdır.[2]

Benqal pələnginin (Panthera tigris tigris) əsas yaşadığı bölgədir. Benqal pələngi ilə yanaşı burada müxtəlif quş növləri, ceyranlar, timsahlar, meymunlar ve piton ilanları, su tısbağaları ve kərtənkələlər yaşayır.

Əvvəllər bu bölgədə camış, kərgədan ve ceyran olmasına baxmayaraq indi onların nəsli kəsilmişdir. Bu səbəblə burada yaşayan pələnglər tez-tez öz meşələrindən ayrılıb insanlara hücum edirlər. İldə təxmini 1 və 50 arası insan ölümü müşahidə olunur.

Son illərdə Benqal pələnginin nəsli kəsilmə təhlükəsi yaramışdır. Banqladeş və Hindistan hökuməti 2011-ci və 2015-ci illərdə Sundarbanda təxmini 180 pələngin olduğunu bildirdi. Beləliklə Hindistana 106 pələng, Banqladeşə isə 74 pələng düşür.[3][4][5]

  1. "Sundarbans, Unesco web saytı". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-08.
  2. Prain, David. Flora of the Sundribuns // Records of the Botanical Survey of India. Volume II. Calcutta: Allied Book Centre. 1903. səh. 251. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-10.
  3. "Only 100 tigers left in Bangladesh's famed Sundarbans forest". The Guardian. Agence France-Presse. 27 July 2015. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2016.
  4. "India wild tiger census shows population rise". BBC News. 28 March 2011. 23 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2011.
  5. "Joint Tiger census-2004 in Sundarban Reserved Forests". Bangladesh Forest Department. Ministry of Environment and Forest. 7 December 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2012.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]