36°24′16″ şm. e. 25°23′44″ ş. u.HGYO

Santorini vulkanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Santorini vulkanı
yun. Σαντορίνη
Ümumi məlumatlar
Vulkan forması Stratovulkan
Kraterin diametri 7500—11 000 m
Əmələgəlmə dövrü Pleystosen
Son püskürmə 19450
Mütləq hündürlüyü 1281 m
Yerləşməsi
36°24′16″ şm. e. 25°23′44″ ş. u.HGYO
Ölkə  Yunanıstan

  • GVP212040
Santorini vulkanı xəritədə
Santorini vulkanı
Santorini vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən Tira adasında olan vulkan şəbəkəsinə aid kaldera. Bu kalderanın əmələ gəlməsi zamanı güçlü vulkan püskürməsi baş vermiş və nəticədə Egey sivilizasiyası, Krit, Tira adaları və Egey dənizi sahillərində olan yaşayış məntəqələrti məhv olmuşdur. Pürkürmənin b.e.ə 1645—1600 illərdə olması qeyd olunur. Partlayışın güçü 7 ball olaraq qiymətləndirilir. Bu isə TamboraKrakatau vulkanlarının püskürməsindən 3 dəfə güçlü olması anlamına gəlir. Sunaminin hündürlüyü 100 metrə çatmnası ehtimal edilir. Nəticədə isə Krit adasında mövcud olan Minoy sivilizasiyası məhv olmuşdur. Vulkandan 200–1000 km aralıda yerləşən ərazilər küllə örtülmüşdür

Püskürmənin tarixi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Minoy püskürməsi

Minoy sivilizasiyasında yaşayan insanlar yaxşı dənizçilər və tacirlər idilər. Onların donanması bir zamanlar Egey dənizində hakimlik edirdi. Tira adasında Santorini dağının ətəklərində paytaxt və digər iri yaşayış məntəqələri yayılmışdı. Dağın ətəyində isə əlverişli buxta vardı.

Tira adasında baş vermiş püskütrmədən öncə əhali öz gəmilərinə minərək adanı tərk etmişdi. Vulkan partlayışı nəticəsində dağın yerində dərin konus əmələ gəlmişdir. Bu konusa isə Egey dənizinin suları daxil olur. Bu püskürmənin nəticəsində sahilə yaxın ərazidə yerləşən şəhər və kəndlər yer üzündən silinir. Santorini dağı yer üzündən silinir. Bu kalderanı bu gündə kosmosdan izləmək mümkündür.

Tira adasında baş vermiş minoy püskürməsi b.e.ə 1628-ci ildə baş vermişdir.

İkinci ən güclü zəlzələ isə b.e.ə 1380-cu ildə baş verir.

Sonuncu püskürmə isə 1950-ci ilə aiddir.

Püskürmənin səbəbi

[redaktə | mənbəni redaktə et]

Püskürmənin səbəbi Tira adasının Afrika plitəsi ilə Avrasiya plitəsinin toqquşduğu yerdə yerləşməsindən qaynaqlanır.

Krit adasındakı sivilizasiyanın məhvi

[redaktə | mənbəni redaktə et]

Krit adasında aqrar gövlət hakim idi. onlar əsasən əkinçiliklə məşqul idilər. Püskürmədən sonra isə tarlaları qalın pkül təbəqəsi örtmüşdür. Sahildə yerləşən şəhərləri isə hündürlüyü 100 m, sürəti 200 km/saat (digər versiyaya görə hündürlüyü 200–260 m[1], bir digərinə görə 15 m[2]) olan sunami vurmuşdur. B.e.ə 1450-ci ildə isə adanın şəhərlərində yanğınlar olmuşdur. Belə ehtimal edilir ki, Kritdəki sivilizasiyanı «Dəniz xalqı» məhv etmişdir.

  1. Георгий Скарлато. Захватывающая география. Учебное пособие. — К.: «Альтерпресс», 1998. — 414 с., ил. ISBN 966-542-036-4
  2. Lilley, Harvey. "The wave that destroyed Atlantis". BBC Timewatch. 20 April 2007. 2007-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-09.