Səməd Vurğun bağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səməd Vurğun bağı
Məlumatlar
Parkın tipi park
Yerləşməsi Dilarə Əliyeva küçəsi, Bakı, Azərbaycan Azərbaycan
Xəritədə yeri
Xəritə

Səməd Vurğun bağı və ya Səməd Vurğun parkıBakı şəhərində yerləşən bağ-park. Azərbaycanlı şair Səməd Vurğunun adını daşıyır. 2009-cu ildə əsaslı şəkildə yenidən qurulub.

Park paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltaraş Fuad Əbdürrəhmanov və memar Mikayıl Hüseynovdur.[1]

2009-cu ildə park bərpa ediləndən sonra bakılıların və paytaxtın qonaqlarının ixtiyarına verilib. Piyada cığırlarına tava daşları döşənib, qazonlar salınıb. Növbənöv çiçək ləkləri salınıb. Bəzi ləklər Azərbaycan xalçalarının, kəlağayılarının və s. ənənəvi motivi olan buta şəklində əkilib. Parkda hələ sovet dövründə tikilən fəvvarələr bərpa edilib, işıqlandırma tamamilə yenilənib, yeni fənərlər quraşdırılıb, yüzillik ağacların kölgəsində rahat skamyalar qoyulub.[1]

Park əvvəlki kimi şəhər sakinlərinin və paytaxt qonaqlarının sevimli istirahət yeridir. İlin isti aylarında axşamlar fəvvarələrin yanında istirahət edənlərin sayı xüsusilə çox olur.[1]

  1. 1 2 3 "Bakının 12 əfsanəvi parkı". Azertag (az.). 28 iyun 2016. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.