Hərbi Qənimətlər Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hərbi Qənimətlər Parkı
Məlumatlar
Ölkə
Yerləşməsi Bakı, Azərbaycan
Yaradılıb 12 aprel 2021[1]
Ən yaxın ictimai nəqliyyat Şah İsmayıl Xətai metrostansiyası
Saytı herbiqenimetlerparki.az
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi Qənimətlər ParkıAzərbaycanın Bakı şəhərində yerləşən park. Park Dənizkənarı Milli Parkında yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir.

Park Dənizkənarı Milli Parkında yerləşir.[2] Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub.

Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.[1]

Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3–4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur.[1] Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.

Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.[1]

Parkda Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri nümayiş etdirilir.[3]Əvvəl nümayiş etdirilən müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri isə oradan götürülüb.[4]

Parkda yerləşən erməni əsgərinin dəbilqələri və Ermənistan əsgərlərinin mum manikenləri Ermənistan və ermənipərəst siyasi-ictimai xadimlər tərəfindən tənqid edilib.[5] Daha sonra Ermənistanda narahatlıq doğuran bəzi eksponatların könüllü şəkildə aradan qaldırıldı.

  1. 1 2 3 4 "Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib - YENİLƏNİB-2". apa.az. apa.az. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2021.
  2. "Prezident hərbi qənimətlər parkının açılışında". www.azadliq.org. www.azadliq.org. 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2021.
  3. "Fury in Armenia as Baku displays war trophies". www.france24.com. www.france24.com. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2021.
  4. "Azərbaycan Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı iddiasını hansı sübutlarla uddu?". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  5. "Fury in Armenia as Azerbaijan displays war trophies". www.aljazeera.com. www.aljazeera.com. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]