Rasim Ocaqov
Rasim Ocaqov | |
---|---|
Doğum tarixi | 22 noyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyul 2006 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist, kinematoqraf |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0644183 |
rasimocaqov.sheki.az |
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru,[1] kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).
Həyatı
[redaktə | mənbəni redaktə et]Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb.[2] Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü"[3], "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR xalq artisti — 01.12.1982[4]
- Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir[6].
2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.[7]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Tammetrajlı bədii filmlər
[redaktə | mənbəni redaktə et]Rejissor kimi
- Qatır Məmməd (film, 1974)
- Tütək səsi (film, 1975)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)
- İstintaq (film, 1979)
- Bağlı qapı (film, 1981)
- Park (film, 1983)
- Özgə ömür (film, 1987)
- Ölsəm... bağışla (film, 1989)
- Qətldən yeddi gün sonra (film, 1991)
- Təhminə (film, 1993)
- Həm ziyarət, həm ticarət... (film, 1995)
- Otel otağı (film, 1998)
Operator kimi
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Onun böyük ürəyi (film, 1958)
- Əsl dost (film, 1959)
- Bizim küçə (film, 1961)
- Əmək və qızılgül (film, 1962)
- Sən niyə susursan? (film, 1966)
- Bir cənub şəhərində (film, 1969)
- Abşeron ritmləri (film, 1970)
- Ən vacib müsahibə (film, 1971)
- Skripkanın sərgüzəşti (film, 1972)
- Ömrün ilk saatı (film, 1973)
Bədii rəhbər kimi
İkinci rejissor kimi
İkinci operator kimi
Qısametrajlı bədii filmlər
[redaktə | mənbəni redaktə et]Rejissor kimi
Operator kimi
- Şosedə hadisə (film, 1960)
- Matteo Falkone (film, 1960)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Sənədli filmlər
[redaktə | mənbəni redaktə et]Rejissor kimi
- Bakı bu gün (film, 1958)
- Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film)
- Dağıstan konserti (film, 1964)
- Çiçək yağışı (film, 1971)
Operator kimi
- Bakı bu gün (film, 1958)
- Məhəmməd Füzuli (film, 1958)
- Abidələr danışır (film, 1964)
- Dağıstan konserti (film, 1964)
- Azərbaycanın səhnə ustaları (film, 1965)
- Çiçək yağışı (film, 1971)
İştirak etdiyi filmlər
Sənədli televiziya filmləri
[redaktə | mənbəni redaktə et]Operator kimi
- Konsert proqramı (film, 1964)
- Məhəbbət haqqında əfsanə (film, 1967)
- Şur (film, 1967)
İştirak etdiyi film
- Özgə vaxtın doğma anları (film, 2002)
"Mozalan" süjetləri
[redaktə | mənbəni redaktə et]Rejissor kimi
- Çay daşının göz yaşı... (film, 1971)
- Müşavirə (film, 1971)
- İcazə (film, 1972)
- Çardaş (film, 1973)
- Heyif siqnalından (film, 1978)
- Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)
- Hami (film, 1981)
- Fövqəladə hadisə (film, 1982)
- Rəngli yuxu (film, 1982)
- Metamarfoza (film, 1983)
- Alayarımçıq (film, 1984)
- Bəhrə (film, 1984)
- Çıxış yolu (film, 1984)
- Xəbərdarlıq (film, 1984)
- Çexski unitaz (film, 1985)
- Gözdən uzaq... (film, 1985)
- Məsələ yerdə deyil... (film, 1985)
- Ögeylik (film, 1985)
- Arayış (film, 1986)
Operator kimi
- Çay daşının göz yaşı... (film, 1971)
- Arzu (film, 1972)
Ssenari müəllifi kimi
- Müşavirə (film, 1971)
- İcazə (film, 1972)
- Çardaş (film, 1973)
- Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)
- Hami (film, 1981)
- Rəngli yuxu (film, 1982)
- İntizam (film, 1983)
- Metamarfoza (film, 1983)
- Alayarımçıq (film, 1984)
- Çexski unitaz (film, 1985)
- Məsələ yerdə deyil... (film, 1985)
- Mastika (film, 1986)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mahmudbəyov, Ə. Rejissorun reanimasiyada həkimdən xahişi: “Ölümümə bais olmayın”: [kinorejissor Rasim Ocaqov haqqında rejissor və aktyor Əbdül Mahmudbəyovun xatirələri] //Bizim yol.- 2015.- 15 iyul.- S.15.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016[ölü keçid]
- ↑ Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- ↑ "Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub — olaylar.az saytı". 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.
- ↑ CBC. "Rasim Ocaqovun 85 illiyinə həsr olunmuş müsabiqə keçirilir" (az.). Youtube.com. 22.08.2018. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-26.
Mənbə
[redaktə | mənbəni redaktə et]- “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 304.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814-816.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [https://web.archive.org/web/20101004223755/http://rasimocaqov.sheki.az/ Arxivləşdirilib 2010-10-04 at the Wayback Machine Rəsmi saytı]
- Rasim Ocaqov Arxivləşdirilib 2008-03-15 at the Wayback Machine
- Rasim Ocaqov Şəkidə anılıb
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 22 noyabrda doğulanlar
- 1933-cü ildə doğulanlar
- Şəkidə doğulanlar
- 11 iyulda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- SSRİ Dövlət mükafatı laureatları
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- Rasim Ocaqov
- SSRİ film rejissorları
- SSRİ kinooperatorları
- Azərbaycan film rejissorları
- Azərbaycan kinooperatorları
- Azərbaycan ssenaristləri