Qarakötük
Qarakötük | |
---|---|
39°57′17″ şm. e. 46°41′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 909 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Qarabağ silsiləsində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarakötük kəndinin əhalisinin faktiki sayı 165 nəfər, qeydiyyatdakı əhalinin sayı 172 nəfər təşkil edirdi.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Qarakötük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 2
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Xocalı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |