Məzmuna keç

Dağyurd

39°43′20″ şm. e. 46°54′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Dağyurd
39°43′20″ şm. e. 46°54′20″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.095 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 388 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Dağyurd xəritədə
Dağyurd
Dağyurd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır.[3] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.

XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır.[4]

Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır.[5] 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağyurd kəndinin əhalisinin faktiki sayı 380 nəfər, qeydiyyatdakı əhalinin sayı 388 nəfər təşkil edirdi[6]. Kənddə həmçinin bir nəfər azərbaycanlı yaşayır.[7]

  1. https://web.archive.org/web/20110302100506/http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. Dağyurd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.
  5. Karabağ'ın azeri gelinleri[ölü keçid]
  6. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3
  7. "Erməniyə ərə getmiş azərbaycanlı qadının hekayəsi". 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.