Piaui
Piaui | |
---|---|
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 252 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-PI |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Piaui (port. Piauí) — Braziliyanın şimal-şərqində yerləşən ştat. Qərbdə Maranyan və Tokantins, cənubdan Baiya, şərqdən Seara və Pernambuku ştatları ilə sərhədlənir. Şimalı Atlantik okeanın sahilini təşkil edir[4]. İnzibati mərkəzi Terezina şəhəridir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Piaui ekvatorial iqlimə malikdir[5]. Ərazisinin böyük qismi Savannadır. İnzibati mərkəzi Braziliyanın şimal-şərqində yeganə paytaxtdır ki, okean sahilində yerləşir. Şəhərdə ümumi ölkə ərazisinin ən yüksək orta temperaturu müşahidə edilir.[5].
Ştatın sahil xətti 66 km-dir. Bu göstərici ilə ölkədə okeana çıxışı olan ştatlar ərazisində ən qısa sahil xəttidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mtat ərazisində ilk məskunlaşma 1674-cü ilə təsadüf edir. XVII əsrdən burada kasıblar, izeuitlər, keşişlər, hindular və qara qullar məskunlaşmışlar. Bu gəlmələrlə burada heyvandarlıq inkişaf etdirilmişdir.
İnzibati quruluş
[redaktə | mənbəni redaktə et]İnzibati cəhətdən 4 mezoregion və 5 mikroregiona bölünür.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Piaui Braziliyanın ən kasıb ştatlarından biridir. Burada sənaye olduqca zəyifdir. Gəlirin əsasını kənd təsərrüfatı təşkil edir. Burada iri buynuzlu heyvandarlıq üstünlük təşkil edir. Üstəlik Çəltik, Şəkər qamışı və Maniok əkilib becərilir[6].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.ibge.gov.br/en/cities-and-states/pi.html.
- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ "Piaui". 2011-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
- ↑ 1 2 Piaui Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine russobras.com. saytı
- ↑ "Piaui". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Piaui ştatının rəsmi saytı Arxivləşdirilib 2008-02-09 at the Wayback Machine