Minas-Jerays
Minas-Jerays | |
---|---|
Estat de Minas Gerais | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Belu-Orizonti |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 1.193 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-MG |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-Santu və Rio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə Qoyas və Matu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır[4]. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir.
Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)»[5] anlamını verir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir. Bu isə onun Braziliyanın ən hündür ərazilərdə yerləşən ştatı olmasınl deməyə əsas verir[6].
Şərq hissəsini Atlantik meşələr örtür. Nisbətən quru iqlimə malikdir. Digər ərazilərdə alcaq kollar yayılmışdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Minas-Jerays ərazisi insanları özünə əsasən XVIII əsrdən cəlb etmişdir. Bu ərəfələr bölgədə Qızıl, Almas və digər qiymətli daş-qaşlar aşkarlanmışdır.
Ştatın iık paytaxtı Mariana şəhəri olmuşdur. Sonradan paytaxt Oru-Pretuya köçürülür. Şəhər Cənubi Amerikanın ən iri şəhərlərindən birinə çevrilmişdir. Artıq XIX əsrin sonlarından ehtiyatların tükənməsi ilə şəhər öz əhəmiyyətini itirmişdir. Yeşi paytaxt isə qısa müddətə inşa edilən Belu-Orizonti olmuşdur.
Əhali
[redaktə | mənbəni redaktə et]Əhalisi rəngarəngliyi ilə seçilir. Bu qarışıqlığın əhalinin tərbikində görünüşü belədir:
- Avropoidlər (portuqallar, italyanlar, almanlar, ispanlar, yəhudilər və ərəblər)) — 53,6 %;
- Metislər və mulatlar — 37,6 %;
- Neqroidlər — 7,8 %;
- Hindular — 0,3 %;
- Yaponlar — 0,1 %.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]İnzibati cəhətdən 12 mezoregiona və 66 mikroregiona bölünür.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Minas-Jerays Braziliyanın əsas dağ-mədən sənayesinə malik ştatıdır. Burada qızıl, almaz, boksid, qrafit, nikel, dəmir filizi, uran və marqans kimi faydalı qazıntılar çıxarılır[5][7].
Ştatda əkinçilik və maldarlıq belə inkişaf etdirilir. Kofe, şəkər qamışı, sitrus meyvələri, tütün və dənli bitkilər əkilir. Hazlrda ştat Braziliyanın ən inkişaf etmiş bölgələrindən biridir.
Bayraq
[redaktə | mənbəni redaktə et]Minas-Jerays ştatının bayrağı ölkədə olan ştatlar arasında ən qədimidir. Bu bayraq braziliyalılar tərəfindən yaradılarkən ölkənin bayrağı kimi nəzərdə tutulmuşdur. Ancaq 1963-cü ildən yalnız ştat bayrağı kimi təstiqlənmişdir.
Bayraqda təsvir olunan kəlmə («Libertas quæ sera tamen») latıncadan tərcümədə «Azadlıq, hətta tezliklə olmasa belə»[8] anlamını verir.
İdman
[redaktə | mənbəni redaktə et]Minas-Jeraysda məşhur futbolcu Pele ananadan olmuşdur. O, 14 yaşında Santosa köçmüşdür. Ən iri stadionu Mineyraodur. Kruzeyru və Atletiko Mineyro əsas futbol klublarıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.ibge.gov.br/en/cities-and-states/mg.html.
- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ "Minas-Jerays". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ 1 2 "Minas". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ "Minas-Jeyras ştatı. Coğrafiya". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ "Minas-Jerays". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ Minas-Jerays ştatının bayrağı[ölü keçid].