Panteizm
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
|
Panteizm (pan – bütün, teos – tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir.) — kainatı bütövlükdə tanrı kimi qəbul edən fəlsəfi düşüncə, lakin bu düşüncə tərzi o qədər geniş yayıldı, özünə xristianlar içərisindən o qədər tərəfdarlar toplaya bildi ki, müstəqil din səviyyəsinə qədər yüksəldi. Proseslər tarixin elə bir dönəmində (e. XVI–XVIII əsrlər) başladı ki, bu dövrdə bütövlükdə xristianlıq dərin böhran keçirir, bütün Avropada kilsə əleyhinə kəskin çıxışlar edilirdi.
Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı təbiətdə və ya əksinə təbiət tanrıda birləşir. Panteizmə görə, tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır. Hər şey tanrıdır. İki əsas hissəyə ayrılır:
- Ateizmə yaxın olan panteizm. Onlara görə təbiətdən yüksəkdə heç nə yoxdur, onu heç kim yaratmamışdır, o həmişə var idi, var və olacaq da. Təbiət özünə xas olan təbii qanunlarla idarə olunur, təbiətin özü də elə tanrıdır. Belə bir panteizm ardıcıl deyildi, Darvinizm təlimi ilə özünə arxa tapsa da dinə üstün gəlmək təşəbbüsündən artıq irəli gedə bilmədi. Əsas nümayəndələri B. Spinoza və C. Brunodur.
- Dini-mistik panteizm. Bunlar təkid edirlər ki, tanrı bütün əşyalarda, hadisələrdə və təbii proseslərdə hansısa fövqəltəbii başlanğıc kimi mövcuddur. O yalnız ilk yaradan, başlanğıca təkan verəndir, bütün həyati proseslərin heç birində iştirak etmir. Belə panteizm, əksinə, tanrı haqqında təsəvvürlərin yeniləşdirilməsi vasitəsilə dinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərdir. Əsas nümayəndələri İ. S. Erougena, N. Malbrans və başqalarıdır.
Spinoza fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Spinoza fəlsəfəsinin Panteizm anlayışına görə, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı-kainat-İnsan ayrımı yoxdur, belə bir ayrı-seçkilik ağılsızlıqdır. Tanrı, kainat, insan bir və eynidir. Yaradan bir tanrı olmadığı kimi, hər hansı bir yaratmadan da söz edilə bilməz. Spinozanın bu fikri, ailəsinin köç edərək gəldiyi İspaniyanın Andalusiya vilayətində yaşamış məşhur mütəfəkkir Muhiddin Ərəbinin təsiriylə meydana gəlmişdi. Ərəbinin fəlsəfəsində "Allah-varlıq" (kainat) anlamı "Vəhdətül-vücud" (Vahid bədən) olaraq irəli sürülmüşdü. Burada "Vəhdət-i Bədən" anlayışı kainat Tanrıdadır kimi izah edilir. Spinozada isə tanrı kainatdadır və kainat qədərdir kimi izah edilir ki, bunlar da tamamilə fərqli anlayışlardır.
Yəhudilərin Odisseyası adlanan Spinoza 1632-ci ildə çap etdirdiyi yazılarındakı fikir və düşüncələrinə görə 1656-cı ildə sinaqoqa çağırılır və düşüncələrindən imtina etmək təklifini alır. O bütün dinləri rekonstruksiya etmək lazımdır kimi fikirlər söyləməklə "Tövratı demək olar ki, inkar edirdi. Təklifdən imtina etməklə həmin ilin 27 iyulunda o, yəhudi ritualının bütün qaranlıq, sirli formallıqları gözlənilməklə lənətlənərək sinaqoqdan qovuldu və icmadan kənarlaşdırıldı. Sənəddə deyilirdi: "Mələklərin mühakiməsi və müqəddəslərin hökmü ilə biz Barux de Spinozanı anafemaya məhkum edirik, lənətləyirik, qarğışa və nifrinə məruz qoyuruq, bununla müqəddəs icma bütövlükdə razıdır. İçərisində 613 qayda olan müqəddəs kitablar qarşısında onun əleyhinə o lənətləri, o qarğışları, o nifrinləri yağdırırıq ki, bunlar vaxtı ilə Elişa tərəfindən bidətçi uşaqlara yağdırılmışdı. Onunla münasibət saxlayan hər kəs də qarğışa nifrinə məruz qalacaqdır. O İsrail xalqı içərisindən qovulur."
Bütün bunlara baxmayaraq Spinoza sözündən dönmədi və bu günə qədər də yaşamaqda olan panteizm ideyalarını yaradıb yaya bildi. Spinoza sistemi üç qollu sistemdir: substansiya, atribut, modus. Substansiya sözü altda dayanan, başlanğıcda olan mənasını verir. Məs: Spinozanın substansiyasını ağac düzəldəcəyimiz stulun substansiyasıdır kimi başa düşmək olmaz. Spinozada bu, daxili varlıq və mahiyyət deməkdir. Bu kəlam tövratın birinci kitabında – "Varlıq" kitabında belə ifadə olunmuşdur: "Mən oyam ki, varam." Substansiya odur ki, əbədi və dəyişməzdir və hər şey, hər bir predmet onun müvəqqəti bir forması, və ya modusu olaraq çıxış edir. Modus reallığın müvəqqəti olaraq mənimsədiyi fərqli predmet və ya hadisədir, hər hansı xüsusi forma və ya görünüşdür; sən, sənin bədənin, sənin fikirlərin, sənin qrupun, sənin növün, sənin planetin moduslardır; bütün bunlar onların əsasında yatan və arxasında gizlənən əbədi və dəyişməz reallıqların formalarıdır, moduslarıdır, demək olar ki, modalarıdır. Atribut maddənin ayrı-ayrı kompanentləti, hissələri, fazalarıdır. Məs: ruh və bədən ayrı-ayrı atributlardır ki, onların birləşməsi vasitəsilə biz substansiyanı və ya tanrını dərk edirik. Spinoza substansiyanı təbiətlə və tanrı ilə eyniləşdirir. O təbiəti həm törədən təbiət (natura naturans) adlandırır, həm də törənən təbiət (natura naturata) adlandırır. "Mən tanrının və təbiətin son xristianların, adətən, qəbul etdikləri baxışdan tamamilə fərqli bir anlamını qəbul edirəm, belə ki, tanrının məmim tərəfimdən qəbul edilən anlamı daha çox onun qədim anlamına yaxındır. Burada tanrı hər hansı bir yad bir səbəb deyildir, immanent məna daşıyır. Mən hətta söyləyə bilərəm ki, hər bir şey tanrıdadır; hər bir şey tanrıda yaşayır və hərəkət edir. Və mən bu maddəni apostol Pyotr ilə və ola bilsin ki, antik filosofların bir çoxu ilə birgə, təbii ki, onlardan fərqli bir ��sulla müdafiə edirəm. Əgər indi çox dəyişdirilmiş və saxtalaşdırılmış müəyyən ənənələrdən nəticə çıxarsaq, mən, hətta risk edərək deyə bilərəm ki, mənim baxışım qədim yəhudilərin qəbul etdikləri həmin nöqteyi-nəzərdir, amma bu tamamilə, səhv bir mövqedir ki, tanrını və təbiəti eyniləşdirdiyim zaman guya mənim niyyətim sonuncu terminin altında müəyyən cismani materiyanı göstərməkdir. Mənim isə qətiyyən belə bir niyyətim yoxdur."
Pan-enteizm
[redaktə | mənbəni redaktə et]İngilis alimi Vayt Hedə görə, tanrının hər cür dəyişmənin gedişində dəyişməz bir xüsusiyyəti və bunun yanında bir də dəyişən, yəni yaranan xüsusiyyəti vardır.
Tanrı Kainatın şüurundadır. Ancaq tanrı bu mövqedə qalmış olsaydı, azad, başlanğıcda yaranmada iştirak etməmiş olacaqdı. Deməli tanrı, meydana gəlmə müddətinin içində və şüurundadır. Bu səbəblə tanrının kainatda kainatın maddəsinə qarışmış olduğunu söyləmək də doğrudur. Kainatın tanrının maddəsinə qarışmış olduğunu söyləmək, "tanrı-kainat" əlaqəsinin qarşılıqlı olduğunun fərqinə varmaq deməkdir.
Əsası Vayt Hed tərəfindən qoyulan və "Zaman fəlsəfəsi" kimi qəbul edilən bu düşüncə tərzinə pan-enteizm və ya dialektik teizm deyilir. Pan-enteizmə görə tanrı, həm dəyişməz (mütləq), həm də dəyişəndir. Həm zaman daxilində, həm xaricində, həm sonlu, həm də sonsuzdur. Eyni zamanda həm səbəb, həm də nəticədir.
Panteizm ilə pan-enteizm arasında əhəmiyyətli bir fərq vardır. Panteizmdə hər şey (bütün varlıqlar və kainat) tanrıdır. Pan-entezimde isə, hər şey tanrıdan meydana gəlmişdir. Ruhun yeganə məqsədi, meydana gəldiyi tanrıya dönməkdir. Bunun da yolu tək universal qanun olan təkamül proseslərindən keçməkdir.
Panteizmin əsası iki əsas mənbədən qaynaqlanır: Arilərin Veda dinindən və bu din əsasında özlərinə təşəkkül tapmış qədim hind dinlərindən – buddizmdən, hinduizmdən, brahmanizm və caynizmdən. Bu dinlərdə Brahmanın mövqeyi, səlahiyyətləri, yaratma prosesində iştirakı panteizm arabasının təkanverici qüvvəsi idi.
Panteizmə görə tanrının iradəsi və təbiətin qanunları müxtəlif fazalarda ifadə olunmuş eyni reallıqdır. Buradan da belə bir nəticə çıxarılır ki, bütün hadisələr dəyişməz qanunların mexaniki fəaliyyətidir, ulduzlarda məskunlaşan amansız hökmdarın şıltaqlığı deyildir. Panteizmə meyl o qədər güclü idi ki, hətta katolik kilsənin apardığı əsaslı islahatlar da (Cəmiyyətdə kilsənin rolunu məhdudlaşdırmaq, dövlət işlərinə müdaxilə etməmək, ruhanilərin fəaliyyət dairəsinə müəyyən hədlər qoymaq və ş.) onun genişlənməsinə mane ola bilmirdi. Nəticədə Protestant firqələri sürətlə artmağa başladı ki, onların yaranmasında panteizm dini-fəlsəfi təlim olaraq xüsusi əhəmiyyətə malik idi.
Biz öz insani niyyətlərimizi obyektiv kainatdan üstün tuturuq. O, vaxtdan da bizim "şər problemimiz" başlayır; biz həyat xəstələrini sağaltmaq üçün tanrının xeyirxahlığı ilə mübarizə aparırıq, amma biz belə bir dərsi unuduruq ki, tanrı bizim kiçik yaxşılıqlarımızdan və pisliklərimizdən, xeyrimizdən və şərimizdən kənardadır. Yaxşı və pis fərdi məqsədlər ucbatından nisbi, kainat üçün isə heç bir şeydir. Yaxşı və pis terminləri nəinki tanrı üçün, heç fərdlər üçün də pozitiv xarakter daşımır. Eyni bir şey eyni zamanda pis də ola bilər, yaxşı da. Məs: musiqi melanxolik üçün yaxşı, hüzünlü üçün pis, ölü qçqn isə fərqsizdir. Pis və yaxşı qabaqcadan əmələ gəlmiş elə yanlış fikirlərdir ki, əbədi reallıq onları tanıya və qəbul edə bilməz. Dünya təbiətin bütün sonsus, hüdudsuz, hədsiz illüstrasiyası ola bilər, lakin insanın, sadəcə olaraq, xüsusi ideallarının illüstrasiyası ola bilməz. Yaxşı və pislə bağlı məsələ necədirsə, yebəcər və gözəllə bağlı məsələ də elədir.
Brunonun düşüncələri
[redaktə | mənbəni redaktə et]Panteizmin yaranmasında İtalyan filosofu Cordano Brunonun düşüncələri də az rol oynamamışdır. Əslən keşiş olan Bruna 24 yaşında kilsə ideyalarına qarşı çıxdığına görə əbasını atıb Fransaya qaçır və orada fəlsəfi əsərlərini yazır. Aldadılaraq İtaliyaya gətirildikdən sonra məhkəmədə əqidəsindən imtina etmədiyinə görə, küfrdə ittiham olunub 8 il həbsdə saxlanılır və 1600-cü il 17 fevralda Romanın Güllər meydanında tonqalda yandırılır. Bruno astronom olaraq Kopernikin telisentrik sistemini inkişaf etdirərək təkid edirdi ki, Günəş sistemindən kənarda saysız hesabsız məskun aləmlər var, ulduzlar başqa planet sistemlərinin Günəşləridir. Yer isə kainat genişliyində kiçik toz dənəsi olub, xristianlığın iddia etdiyi kimi heç də kainatın mərkəzi deyildir. "Maddə bütün şeylərin substansiyasıdır. Əbədi dövranda o, bütövlükdə və hər yerdə hər şeyi arasıkəsilməyən hərəkətlə təmin edir." Maddəni və təbiəti tanrı ilə eyniləşdirir, buna görə də onun dünyagörüşünü panteizm adlandıraraq, özünü də materializm formasının təzahürü kimi qəbul etmək olar. Spinoza daha irəli gedərək tanrını ruhda tapsa da, Bruno tanrını maddə təbiətlə daha əvvəl eyniləşdirmişdi. Onun üçün dünya üzərində duran və ona öz qanunlarını qəbul etdirən tanrı yoxdur. O yazırdı: "Tanrı və təbiət eyniliklə bir maddədir, eynilikdə bir fəzadır, eynilikdə hər yerdə fəaliyyətdə olan bir səbəbdir – substansiyadır. Tanrıya isnad yaradıcı iradə maddənin, təbiətin yaradıcılıq fəaliyyətinin özüdür." Bruno "Üç Uğnum" haqqındakı xristian ehkamını qətiyyətlə inkar edir, axirət dünyasını cəfəng və əfsanə, dinləri isə müharibələrə və cəmiyyətdə ixtilaflara, qüsurlara səbəb olan zəhər adlandırırdı. Panteizmin dini-mistik formasının nümayəndələri isə belə hesab edirdilər ki, tanrı substansiya ola bilməz. Tanrı substansiyanın işinə müdaxilə etməyən kənar bir "varlıqdır." O yalnız ilk hərəkəti verməklə bütün proseslərdən kənardadır; ilk təkanı verəndir. Hərəkətdə olan təbii proseslərdə, həyatın nisbi əlaqə və bir-birini tamamlayan, eynilik və əksilik təşkil edən davamında iştirak etmir. Hazırda Avropa ölkələrində panteizm təşkilatlanmış şəkildə fəaliyyətdədir. Daha çox dini-fəlsəfi təlim, nəzəriyyə kimi çıxış edir. XX əsrin əvvəllərindən Rusiyada, sonralar isə SSRİ-də davamlı şəkildə "hakimlik" etmiş ateizm təlimi öz bünövrəsini panteizmdən götürmüş, ondan qaynaqlanmışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et] Din ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |