Nasikabatrachus sahyadrensis
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Nasikabatrachus sahyadrensis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nasikabatrachus sahyadrensis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nasikabatrachus sahyadrensis — Nasikabatrachus cinsinə və Nasikabatrachidae[2] mono fəsiləsinə aid olan qurbağa növü. Hindistanın Qərbi Qat dağları ərazisində yayılmışdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Növ yalnız 2003-cü ildə qeydə alınmış və təsnifatı təsdiqlənmişdir. Bu canlılar cəmi 14 km² ərazidə yayılmışlar. Bu canlıların ən yaxın qohumları olan Seyşel qurbağaları, onların yaşadığı arealdan 3 min km cənubda yayılmışdır.[3]. Ancaq bu canlıları kəşf edən Bidcu onları ayrı sinifə aid edir.[4]
Həyat tərzi
[redaktə | vikimətni redaktə et]Nasikabatrachus sahyadrensis ilin böyük hissəsini torpağın altında keçirir. Yalnız ildə 2 həftə mussonlar dönəmində cütləşmək məqsədilə torpağın səthinə çıxır. Bu xüsusiyyət bu qurbağaların aşkarlanmasına maneə olmuşdur. qidalanmaq məqsədilə torpağın səthinə çıxmırlar Sadəcə yer altındaca termitlə qidalanırlar.[5]
Təsnifat
[redaktə | vikimətni redaktə et]Nasikabatrachus latın atını qəribə burnuna görə almışdır.
Təsviri
[redaktə | vikimətni redaktə et]Bir yuvarlaq bədəni vardır. Ətraflar qurbağanın digər növlərində olduğu kimi kənara çıxır. Kiçik başa sahibdirlər. Sakit halda olan qurbağa bir jeleni xatırladır və bənövşəyi rəngdə olur. Uzunluqları 5–9 sm[6] arasında dəyişir. Növün qeydə alınması zamanı araşdırma işləri aparılan qurtbağanın uzunluğu 7 sm ollmuşdur.
Maraqlı fakt
[redaktə | vikimətni redaktə et]2008-ci ildə Scienceray saytının əsas aparıcılarından biri olan Çan Li Pen Nasikabatrachus sahyadrensis qurbağasını dünyanın 20 ən qəribə və çirkin heyvanları siyahısına daxil etmişdir[7][8].
Şəkil
[redaktə | vikimətni redaktə et]Video və audio
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ "Amphibian Species of the World 6.0, an Online Reference". 2016-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
- ↑ "Незнакомые обитатели нашего мира". 2010-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
- ↑ Первооткрыватель самой маленькой в мире лягушки индийский профессор Биджу удостоен премии Всемирного союза охраны природы [ölü keçid] (rus.)
- ↑ "C. Radhakrishnan, K. C. Gopi and Muhamed Jafer Palot (2007) Extension of range of distribution of Nasikabatrachus sahyadrensis Biju & Bossuyt (Amphibia: Anura: Nasikabatrachidae) along Western Ghats, with some insights into its bionomics" (PDF). 2019-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-24.
- ↑ "AmphibiaWeb. Nasikabatrachus sahyadrensis". 2007-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
- ↑ "Dünyanın ən çirkin heyvanlarının reytinqi". 2011-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.
- ↑ "Dünyanın ən çirkin heyvanlarının reytinqi (Scienceray)". 2008-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-24.