Məmməd Cuvarlinski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məmməd Cuvarlinski
Bayraq
Nuxa (Şəki) Komitəsinin birinci katibi
İkinci bayraq
Bayraq
Azərbaycan SSR-nin maarif komissarı
İkinci bayraq
1934 – 1935
SonrakıMüseyib Şahbazov
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1902(1902-04-08)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13) (35 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski (8 aprel 1902, Cuvarlı, Qaryagin rayonu13 oktyabr 1937, Bakı) — Azərbaycan SSRnin təhsil naziri (Maarif komissarı), partiya və dövlət xadimi, repressiya qurbanı.

Məmməd bəy İsmayıl bəy oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi.

Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M. Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitutisiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər.[1] M. Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M. Bağırov onu qabaqlayıb həbs etdi. Onu Bakıya, M. Bağırovun kabinetinə gətirdilər. Məmməd Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələndi.

Hal-hazırda 52 saylı orta məktəbə Məmməd İsmayıl oğlu Cuvarlinskinin adı verilib. Qeyd edək ki, məktəb 1966-cı ildən bəri fəaliyyət göstərir.

Məmməd Cuvarlinskinin Şura xanım adlı qızı vardı.

  1. Azərbaycanın təhsil nazirləri. "Məmməd İmsayıl oğlu Cuvarlinski" //Azərbaycan müəllimi.- 2011.- 29 iyul.