40°13′25″ şm. e. 46°06′51″ ş. u.HGYO

Lex qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lex qalası
Xəritə
40°13′25″ şm. e. 46°06′51″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Kəlbəcər rayonu
Yerləşir Qanlıkənd
Aidiyyatı Xaçın knyazlığı
Tikilmə tarixi XIII—XIV əsrlər[1]
Üslubu Arran memarlıq məktəbi
İstinad nöm.267
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Löh qalası (Azərbaycan)
Löh qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lex qalası — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən erkən orta əsrlər dövrünə aid qala.

Kəlbəcər qalalarını tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş və bununla da həmin yollara nəzarət olunurmuş. "Lex" qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib. Bu palıdların hər birinin diametri 30-40 santimetrdi. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür. Qala uca dağ zirvəsində inşa edilib. Yerli qaya daşlarından inşa olunan qalanın müdafiə məqsədilə tikildiyi güman edilir.[2]

Lök qalası ilə bağlı maraqlı əfsanə mövcuddur. Əfsanəyə görə, göylərdən aşağı düşmüş qanadlı insanlar Lökü tikmişdir. Lökün özü isə mifik qəhrəman idi, görünüşünü dəyişə bilir və zəhmli ordunu idarə edirdi.[3]

Adının mənası

[redaktə | mənbəni redaktə et]

Kəlbəcər rayonu ərazisində Lex qalası da özünün erkən orta əsrlər dövrünə aid olması ilə yanaşı, həm də möhkəmliyi ilə diqqəti çəkəndir. Adı qalanın formasını tamamlayır. Qalanın beli dəvə boynuna oxşayır. Karvan yolu üzərində tikilmiş bu qala məhz həmin o formanı özündə ehtiva edir.

Karvan yolları

[redaktə | mənbəni redaktə et]

Qalanın divarları üstündə daşdan yonulmuş nəzarətçilərin dayana biləcəyi yerlər də var və onlar da burda dayanmaqla karvan yolunu nəzarət altında saxlayıblar. Lex qalasının üzərində yerləşdiyi və Ləf çayı adlanan həmin axarın önündə iki böyük mağara da var. Həmin mağaralar da təbii ki, tədqiqatlar zamanı tapılıb, müəyyənləşibdi. Arxeoloqların fikrinə görə, yayda olduqca sərin, qışda isə isti olan bu mağaralar qala sakinlərinin yaşayış yeri olubdu. Göründüyü kimi, Lex qalası Kəlbəcərdə uca dağ zirvəsində inşa edilib, özü dağın üstündə qaya daşlarından tikilərək müdafiə məqsədi daşıyıbdı.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.
  2. "Lex qalası". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
  3. Abbasova, 2023. səh. 156
  4. "Tarixin şahidi qalalar". 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.