Şamaxı qalası
Şamaxı qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Sifarişçi | Şirvanşah Qubad |
Tikilmə tarixi | 1045 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | əhəng daşı |
İstinad nöm. | 55 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qala.
XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdu.[1]
Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir.
Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.[2]