Layka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Layka
rus. Лайка
Layka bu şəkildə uçuş ərzində geyindiyi qoşqu ilə birlikdə görünür.
Layka bu şəkildə uçuş ərzində geyindiyi qoşqu ilə birlikdə görünür.
Məlumatlar
Digər ad(lar)ı Kudryavka
Növü Canis lupus familiaris, mənbələrdə cinsi olmayan it (mələz) və ya terier, bəzi yazılarda xaski (və ya Samoed)
Cinsiyyəti Dişi
Doğum tarixi 1954
Doğum yeri Moskva
Ölüm tarixi 3 noyabr 1957
Ölüm yeri Sputnik-2-də alçaq dünya orbitində
Ölkə SSRİ SSRİ
Peşə Kosmos iti
İş verən Sovet kosmik proqramı
Fəaliyyət illəri 1957
Tanınır Kosmosa uçan ilk heyvan
Sahibi Sovet kosmik proqramı
Çəkisi 5 kq (11 Ib)

Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ3 noyabr 1957[1][2], Sputnik-2[3]) — Yerətrafı orbitə çıxan ilk heyvanSovet kosmos iti[ing.]. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi.

Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü.

Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür. Ölümünün əsl səbəbi və vaxtı 2002-ci ilə qədər açıqlanmadı. Səbəb olaraq əsasən altıncı gündə oksigeninin qurtardığı deyilirdi. Bu səbəb də canlıların qravitasiya olmayan sahə — orbitə gedə bilməsinin mümkün olduğunu göstərirdi. Beləcə pilotlu kosmik uçuşlar dövrü başladı. Təxminən 4 il sonra 12 aprel 1961-ci ildə SSRİ Vostok 1 adlı proqramla kosmosa ilk pilotlu uçuş həyata keçirdi.

2008-ci il 11 apreldə Rusiya rəsmiləri Laykaya həsr edilən abidənin açılış mərasimini keçirdilər. Laykanın şərəfinə abidə kosmosa uçuşu hazırladığı Moskvada hərbi araşdırma təsisi yaxınlığında inşa edildi. Abidə də raketin üstündə duran bir iti təsvir etmişdir. O, Moskvada Kosmosu fəth edənlər abidəsində də yer alır.

border=none Əsas məqalə: Sputnik-2
Layka 1959-cu ildə Rumıniyanın poçt markasında. Poçt markasının başlığında "Kosmosa ilk səhayət edən Layka" sözləri oxunur.

Sputnik 1 süni peykinin müvəffəqiyyətindən sonra Sovet hökumət başçısı Nikita Xruşşov, 4 noyabr 1957-ci il tarixində Oktyabr inqilabının 40-cı ildönümü ilə əlaqədar kosmosa yeni bir süni peykin çıxarılmasını istəyirdi. Onun istəyindən sonra, hazırlanmağa başlayan yeni bir süni peyk var idi, lakin bu peykin noyabr ayında hazır olması mümkün deyildi. Sputnik 3 adını alan bu peyk, 15 may 1958-ci il tarixində kosmosa çıxarıldı.[4]

Bu peykin uçuşundan sonra, noyabr ayına qədər hazır olacaq yeni bir süni peykin yaradılması lazım gəlirdi. Xruşşov mühəndislərə "Sputnik 1 peykinin uğurunu təkrarlayıb dünyanı SSRİ-nin cəsarəti ilə təəccübləndirəcək bir kosmos müvəffəqiyyəti" istədiyini xüsusilə bildirdi. Onun bu istəyindən sonra orbitə bir itin çıxarılması qərara alındı. Sovet elm adamları uzun müddətdir insandan əvvəl orbitə bir iti göndərmək istəyirdilər və 1951-ci ildən etibarən ballistik uçuşlarda on iki it orbit altı səviyyədə kosmosa göndərilmişdi. 1958-ci il üçün yeni bir uçuş hazırlanırdı, lakin Xruşşovun istəklərini yerinə yetirmək üçün uçuşun noyabr ayında həyata keçirilməsinə qərar verildi.[5]

Rus mənbələrinə görə Sputnik 2 üçün rəsmi qərar 10 yaxud 12 oktyabr tarixində verildi.[6] Bu səbəbdən ötrü heyətin süni peykinin hazırlanması və layihənin həyata keçirilməsi üçün sadəcə 4 həftəsi qalmışdı. Bu səbəbdən Sputnik 2 peykinin hazırlanması tez bir şəkildə həyata keçirilmişdi və süni peykin bir çox hissəsi kobud şəkildə dizaynlarla hazırlanmışdı. Əsas vəzifə olan kosmosa bir canlı göndərilməsinin xaricində süni peykdə Günəşdən gələn radiasiyalar və kosmik şüaları ölçən alətlər də tapılmalı idi.[4]

Peykdə bir oksigen istehsal edən, oksigen zəhərlənməsinin qarşısını alan alətlər və karbondi oksid udan cihazlardan ibarət "bir dəstəkləyici həyat modulu" mövcud idi. Bunlardan əlavə kabinetdəki istiliyin 15 dərəcəni (59 °F) keçməsi vəziyyətində iti sərinləşdərəcək sərinkeş də cihazlar arasında idi. Jelatin bir şəkildə yeddi gün təmin edəcək qidalar peykə əlavə edildi, itin tullantılarını yığacaq bir çanta və itə bağlanılması nəzərdə tutulan bir cüt qoşqu təchiz edildi. İt qalxarkən, oturarkən yaxud yatarkən hərəkətlərini məhdudlaşdıracaq zəncirlərə bağlandı. Kabinetdə itin hərəkət etməsi üçün bir sahə yerləşdirilmədi. Ürəyinin vəziyyətinə nəzarət edilməsi üçün peykə elektrokardioqraf yerləşdirildi. Digər tərəfdən Laykanın tənəffüsünü, arteriya damarlarının təzyiqini və hərəkətlərini araşdırmaq üçün də bir növ qurğular süni peykə əlavə edildi.[7][8]

Sovet elm adamları uçuş gedişatında Moskvanın küçə itlərindən istifadə etdilər. Çünki küçə itlərinin maksimum dərəcədə aclıq və soyuq vəziyyətlərinə öyrəşmiş olduqlarını düşünürdülər.[5] Bu kontekstdə Layka, Moskvada bir küçə iti olaraq tapıldı. Təxminən üç yaşı olan Layka, beş kiloqram (11 pound)[9] ağırlığında olan mələz bir dişi it idi. Bəzi mənbələrə görə isə Layka təxminən altı kiloqram (13 Ib) ağırlığında idi.[5] Sovet personalı ona müxtəlif ləqəblər verirdi. Bunların arasında Layka, "Kudryavka" (Kiçik buruq), "Juçka" (Kiçik böcək) və "Limonçik" (Kiçik Limon) ləqəbləri də var idi. İt növlərinin, xüsusilə xaski itlərinin ümumi adı olan Layka dünyada populyar ad idi. Amerika mətbuatı isə "mutt" kəlməsinin mələz it mənasına gəldiyini bildirib Sputnikdən ilhamlanaraq iti "Muttnik" (mutt + suffix -nik) olaraq adlandırdı. [10] Amerika mətbuatında itin adının "Karli" (Buruq) yazıldığı məqalələr də vardı.[11] Laykanın əsl cinsi bilinmir və ümumiyyətlə qəbul edilən fərziyyələrə görə sibir qurdu və ya ona bənzər şimali irqlərdən biri olan terier yaxud cinsi olmayan — mələz itidir.[5] NASA Laykanın Samoyed terieri olduğunu istinad edir.[12] Rus jurnallarının birində Laykanın xasiyyəti "soyuqqanlı" olaraq xarakterizə edildi və onun digər itlərlə mübahisə etmədiyi bildirildi. Raketlərdə istifadə olunan test itlərinin proqramına rəhbərlik edən Vladimir Yazdovski bir sonrakı nəşrlərində "Layka sakit və cazibədər it idi." yazmışdı.[13]

Sovet Sosialist Respublikaları İttifaqıAmerika Birləşmiş Ştatları daha əvvəl heyvanları yalnız orbit altı uçuşlar üçün göndərmişdilər.[14] Sputnik 2 süni peykinin uçuşunda Albina, Muşka və Layka adlı üç it nəzərdə tutulmuşdu.[15] Kosmosda həyat mövzusunda mütəxəssis olan Sovet alimləri Vladimir Yazdovski və Oleq Qazenko, üç it arasından Laykanı seçdilər və ona təlim verdilər.[16] Albina daha sonra iki dəfə yüksək raket uçuşları sınaqlarında, Muşka isə müxtəlif cihazların və həyat dəstəyi sınaqlarında istifadə edildi.[8][14]

Sputnik 2 süni peykinin kiçik kabinetinə uyğunlaşmaları üçün itlər, 20 gün ərzində getdikcə kiçildilən qəfəslərdə saxlanıldı. Bu sıx kiçik kabinetdə itlərin ifrazat prosesini dayandırdıqları, sağlamlıq vəziyyətlərinin və onların ümumi vəziyyətlərinin pisləşməsi müşahidə edildi. Diareyanın qarşısını alan dərmanlar onların vəziyyətlərini yaxşılaşdıra bilmədi və tədqiqatçılar daha uzun müddətli bir təlimin yaxşı nəticə verəcəyini düşündülər. İtlər raket uçuşunu təqlid edən santrifuqaya və süni peykin səslərini təqlid edən xüsusi mexanizmə yerləşdirildi. Bu təcrübələr itlərin nəbizlərinin iki qat artmasına və qan təzyiqlərinin 760 civə millimetri artmasına gətirib çıxardı. Digər tərəfdən itlərə, peykdə qidalanacaq xüsusi bəsləyəci yüksək qida (jel) yedizdirildi.[8]

Uçuşdan bir müddət əvvəl, elm adamlarından biri Laykanı övladları ilə oynaması üçün evinə götürmüşdü. Tədqiqatçı həkim Vladimir Yazdosvki "Sovet kosmos əzçalığı"nın xronoloji hekayəsindən bəhs edən kitabında bildirirdi ki, "Layka sakit və cazibədar idi…Onun üçün gözəl şeylər etmək istəyirdim. Yaşaması üçün çox az zamanı qalmışdı."[17]

Uçuş öncəsi hazırlıqlar

[redaktə | mənbəni redaktə et]

Vladimir Yazdovski itlər və onların təyin edilmiş rollarının son seçimini etməli idi. Layka kosmosa birtərəfli missiya üzrə uçan, elmin fədakarlığını edən "uçuş iti" idi.[18] Yüksək hündürlük test raketində artıq iki dəfə uçuş etmiş Albina, "Laykanın uçuşunun ehtiyat planı" idi. Üçüncü it Muşka "nəzarət iti" idi, yerdə olan yaşayışı, uçuş cihazları və "dəstəkləyici həyat modulu" üçün istifadə olunacaqdı.[8][14]

Baykonur kosmodromuna getməzdən əvvəl, Vladimir Yazdovski və Oleq Qazenko itlər üzərində cərrahiyyə əməliyyatı apararaq, itlərin nəbzini, nəfəsini və qan təzyiqini ötürücü sensorlar vasitəsilə kabelləri marşrutlaşdırdılar.[19]

Səbəb etibarı ilə, kosmodromunun yaxınlığında yerləşən Toretam dayanacağında mövcud olan uçuş-enmə sistemi kiçik idi. İtlər və ekipaj ilk öncə Daşkəndə Tupolev Tu-104 təyyarəsinin göyərtəsində uçuş etdilər. Oradan kiçik və yüngül təyyarə İl-14 onları Turatama gətirdi. İtlərin hazırlıqları buraya gəldikdən sonra davam etdirildi. Bir-birinin ardınca onlar qidalanma sistemi ilə tanış olmaq məqsədilə süni peyklərdə yerləşdirildilər.[18]

Bir NASA sənədinin məlumatına görə, Layka süni peykə 31 oktyabr 1957-ci ildə missiyanın üçüncü günü yerləşdirildi. İlin həmin zamanlarında, isti hava həddindən artıq düşməyə başladı və itin olduğu otağı isti saxlamaq üçün qızdırıcıya bağlandırılan xortum istifadə edildi. İki vəzifəli şəxs Laykanın sabit qalmasını müşahidə etmək üçün vəzifələndirildi. 3 noyabr 1957-ci il tarixində Baykonur kosmodromonun uçuşundan əvvəl Laykanın xəzi süngər vasitəsilə aztəsirli spirt məhlulu ilə yaş edildi və diqqətli şəkildə təmizləndirildi, bədən funksiyalarını göstərəcək sensorların yerləşdirildiyi ərazilər yod elementi ilə rəngləndirildi.[20]

Süni peykdə kataloq hazırlayan texniki mütəxəssislərdən biri bildirir ki, "Laykanın konteynerə yerləşdirdikdən sonra, onun ehtiyat kəmərini bağlamazdan əvvəl biz onun burnunu öpdük və onun bu uçuşdan xilas olmayacağını bilmədən ona "yolun açıq olsun" deyə arzuladıq."[18]

Süni peykin uçuşunun dəqiq vaxtı mənbələrə görə dəyişir. Müxtəlif mənbələrdə 05:30:42 Moskva vaxtı və ya 07:22 Moskva saatı kimi qeyd olunur.[18]

Laykaya Rusiyanın Ulduz şəhərində abidə və lövhə qoyulub. 1997-ci ildə yaradılan abidədə Laykanın qulaqları kosmonavtların arxasında inşa olunub.

İtləri daşıyan gələcək kosmik missiyaları bərpa edilir. Sovet kosmik missiyalarında 4 digər it həlak olmuşdur: Bars və Lisiçka 28 iyul 1960-cı ildə R-7 raketinin uçuşundan qısa müddət sonra partlayış zamanı ölmüşlər; Pçolka və Muşka isə Korabl-Sputnik 3 kosmik gəmisində, hesablanan vaxtda atmosferə girmədiklərinə görə xarici güclərin kapsulu əldə etməsinə maneə törətmək üçün partlayıcı yüklə məhv edildiyi zaman ölmüşlər.

Heç vaxt göstərilməsə də Layka 1985-ci ildə çıxan "Mənim it kimi" həyatım filmində qeyd olunur. Filmdə əsas xarakter (1950-ci illərin sonlarında gənc bir İsveçli oğlan) it ilə güclü şəkildə əlaqə qurur. 2007-ci ildə Nik Abadzis tərəfindən yaradılan Layka qrafik romanında itin uydurma həyatından bəhs edir və Eisner mükafatının "Gənclər üçün ən yaxşı nəşr" kateqoriyasında qazanıb.

  1. https://www.abc.es/historia/abci-calor-estres-y-deshidratacion-dolorosa-muerte-laika-urss-convirtio-exito-espacial-201903112113_noticia.html?ref=https%3A%2F%2Fwww.google.com%2F.
  2. https://www.infobae.com/historias/2021/11/04/la-terrible-historia-de-laika-la-perra-que-los-rusos-mandaron-al-espacio-sabiendo-que-iba-a-morir/.
  3. http://news.bbc.co.uk/2/hi/sci/tech/2367681.stm.
  4. 1 2 Harford, James J., "Korolev's Triple Play: Sputniks 1, 2, and 3", NASA, 1997, 16 January 2001 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 September 2006
  5. 1 2 3 4 LePage, Andrew J., "Sputnik 2: The First Animal in Orbit", 1997, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 September 2006
  6. Zak, Anatoly, "The True Story of Laika the Dog", 3 November 1999, 20 February 2006 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 28 September 2006
  7. Malashenkov, D. C., "Abstract:Some Unknown Pages of the Living Organisms' First Orbital Flight", IAF Abstracts, 2002: 288, Bibcode:2002iaf..confE.288M
  8. 1 2 3 4 Grahn, Sven, "Sputnik-2, more news from distant history", 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2 February 2004
  9. "Muscovites Told Space Dog Is Dead", The New York Times, səh. 3, 13 November 1957
  10. Gray, Tara, "A Brief History of Animals in Space", NASA, 1998, 11 October 2004 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 September 2006
  11. "Space Dog Lives", The British Library, 15 October 2015 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 26 September 2006
  12. "Sputnik 2", National Space Science Data Center, 2015-10-15 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 3 November 2014
  13. ""Laika's Trust" Part Two", Operavision, 2008-04-11, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 23 May 2013
  14. 1 2 3 "Dogs in space", Space Today Online, 2004, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 28 September 2006
  15. Whitehouse, David, First dog in space died within hours, BBC, 28 October 2002, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 September 2006
  16. "Animals as Cold Warriors: Missiles, Medicine and Man's Best Friend", National Library of Medicine, 19 June 2006, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 28 September 2006
  17. Isachenkov, Vladimir, "Space dog monument opens in Russia", MSNBC, 11 April 2008, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 15 April 2008
  18. 1 2 3 4 Zak, Anatoly, "Sputnik-2", Russianspaceweb.com, 15 October 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 23 May 2013
  19. Siddiqi, 2000. səh. 173
  20. "Memorial to Laika", novareinna.com, 22 June 2015 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 September 2006

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]