Kozmodemyansk
Kozmodemyansk | |
---|---|
Цикмӓ | |
56°20′31″ şm. e. 46°33′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1583 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 120 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 83632 |
Poçt indeksi | 425350 |
Digər | |
mari-el.gov.ru/gorkozmod… | |
Vikianbarda əlaqəli mediafayllar |
Kozmodemyansk — Rusiyanın Mari El Respublikasında, Volqa çayının üstündə qədim şəhər.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhərin adı 1553-cü ildən dəyişdirilmişdirsə də marili çuvaşlar öz şəhərlərini Çikmətala adlandırmaqdadırlar. Vaxtilə Çikmətala qəzası (indi Kozmodemyansk) çox geniş əraziləri – Rutka, Kundiş, Arda, Parat, Vetluqa çayları boyu məhsuldar, verimli torpaqları əhatə edirdi.
Şəhərin istilası və adının dəyişdirilməsi Kazan xanlığının zəbt edilib, ləğv olunması ilə bağlıdır. Rus çarı İvan Qroznı 1552-ci ilin oktyabrında Kazanı işğal edib geri dönərkən Çikmətala şəhərində yol üstü dincəlməyə düşərgə saldırır. Həmin gün Pravoslav dini təqviminə görə müqəddəs həvarilər Kozma və Demyanın yad edildiyi günə təsadüf edir. Çarın ələ keçirdiyi qənimətlərdən biri də Kazanın gözəl "Xan məscidi"nin nadir kaşıları idi. Hədiyyənin simvolik mənası var idi; onlardan böyük qələbə münasibətilə Qızıl Meydanda tikilmiş Vasili Blajennı məbədinin bəzənməsində istifadə edildi. Kilsə dağıdılmış Kazan camilərinin rəngbərəng, əlvan qübbələrini andırırdı.
Fəth və zəfər ilə geri dönən çarın Çikmətalada dayandığı düşərgənin yerində onun əmri ilə hərbi qala tikilir və pravoslav dininə sidq ürəklə xidmət edən çar İvan Qroznının təşəbbüsü ilə Çikmətala şəhəri müqəddəs kilsə günü şərəfinə Kosmodemyansk adlandırılır.
Çikmədal adına müasir Ermənistanın tarixi türk adları sırasında da rast gəlinir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://web.archive.org/web/20141208051312/http://maristat.gks.ru/wps/wcm/connect/rosstat_ts/maristat/resources/6c4399804bb63a8fb954ff0201bee476/territoria+MO_2013.htm.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009
Rusiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |