41°10′03″ şm. e. 45°22′17″ ş. u.HGYO

Kolayır (Ağstafa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Kolayır
41°10′03″ şm. e. 45°22′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağstafa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 327 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Kolayır xəritədə
Kolayır
Kolayır

KolayırAzərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə- Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer" kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir. Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer olduğunu bildirir. Azərb. dilinin dialektlərində "hamar, çıxıntısı olmayan" mənasında kola (buynuzsuz keçi) sözü işlənir. Odur ki, oykonimi "hamar, düz, əlverişli yer" kimi izah etmək daha məqsədəuyğundur; 2. Bərdə rayonunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi vaxtilə Qazax mahalındakı Kolayır kəndindən gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır; 3. Samux rayonunun eyniadlı i.ə.v.- də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Qazax mahalındakı Kolayır kəndindən gəlmiş ailələr tərəfindən salınmışdır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,

[[Kateqoriya: