Köhnəqışlaq (Ağstafa)
Naviqasiyaya keç
Axtarışa keç
Kənd | |
Köhnəqışlaq | |
---|---|
40°59′30″ şm. e. 45°25′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Köhnəqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ermənistanla sərhədə yaxın yerləşən Köhnəqışlaq kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
- 26 mart 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin 6 nəfər sakini girov götürülmüşdür.
- 21 aprel 1992-ci ildə erməni yaraqlıları Ağstafa rayonunun Köhnəqışlaq kəndinə silahlı basqın etmiş, nəticədə RDİŞ-in 2 milis nəfəri - İ.Şıxəliyev, N.Nəsibov, yerli sakin Q.Mədətov ağır yaralanmış, 3 çoban itkin düşmüş, 450 baş mal-qara aparılmışdır.
- 10 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 3 yaşayış evi dağılmışdır.
- 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndləri atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır.
- 21 iyul 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 2 nəfər yerli sakin yaralanmışdır.
- 3 avqust 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi avtomat silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri ağır yaralanmışdır.
- 7 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi raket və top atəşinə tutulmuş, nəticədə 3 nəfər yerli sakin həlak olmuş, 2 nəfər yaralanmışdır.
- 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq və Tatlı kəndləri müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır.
- 29 dekabr 1993-cü ildə Ermənistan istiqamətindən Ağstafa rayonunun Köhnəqışlaq kəndi "Qrad" qurğularından və toplardan atəşə tutulmuş, nəticədə 1 nəfər yerli sakin həlak olmuş, 6 nəfər yaralanmış, 3 ev dağılmışdır.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Abış Mustafayev (Abış Borclu; d. 1924) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı.
- Аббасов Амир Новруз оглы[ölü keçid] — (1951-2006) азербайджанский учёный, кандидат физико-математических наук (1987).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Dağlıq Qarabağ: hadisələrin xronikası[ölü keçid]
Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |