Kanal 35
"Kanal 35" Televiziyası | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Naxçıvan Muxtar Respublikası |
Dil | Azərbaycan dili |
Yaranma tarixi | 14 iyul 2004 |
Bağlanma tarixi | 15 may 2023 |
Kanal 35 — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş televiziya kanalı.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayda 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayıb. 2004-cü il sentyabr ayının 1–dən etibarən yayım müddəti 1 saat artırılıb. Lakin getdikcə yüksələn tamaşaçı marağı televiziyanın 8 saatlıq efir müddəti ilə yayımlanmasına gətirib çıxarıb. 2005-ci il mart ayının 7–dən 10 saatlıq efir müddəti müəyyənləşdirilib. Hazırda "Kanal 35" 16 saatlıq efir müddəti ilə yayımlanır. 2008-ci ildən etibarən "Kanal 35" "Naxçıvanın səsi" radiosu ilə birləşdirilmiş, Televiziya və Radio Verilişləri Redaksiyasının tərkibində öz fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən etibarən kanalda əsaslı dəyişikliklər olmuş, ilk olaraq "Dublyaj" redaksiyası fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası tərəfindən kütləvi informasiya vasitələri maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün iş şəraiti yaradılıb. Televiziya və Radio Verilişləri Redaksiyasının yenidən qurulması məqsədilə Ali Məclisin Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci il Fevralı 17-də "Kanal 35" Televiziyası və "Naxçıvanın Səsi" Radiosu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilib. Bununla yanaşı Redaksiyanın nəzdindəki "Kanal 35" televiziyası və "Naxçıvanın səsi" radiosunun efir vaxtı 8 saat, yəni hər gün 16:00-dan gecə saat 12:00-dək müəyyənləşdirilib.
Ali Məclis Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Birləşdirilənə qədər "Kanal 35" televiziyası və "Naxçıvanın səsi" radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərib.
2023-cü ilin fevralında “Kanal 35”in yaradıcı kollektivi bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya olduqlarını açıqlayıblar.[1]
15 may 2023-cü ildə Muxtar Respublika Təhsil Nazirliyinin Televiziya və Radio verilişləri redaksiyası olan “Kanal 35” televiziya kanalı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə keçib.[2][3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Heydər Əliyev ili" "Kanal 35"ə düşmədi: Ulu öndərin irsini təbliğ edən televiziya onun ilində bağlanır". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ "Nazirliyin kanalı Naxçıvan TV-yə birləşib". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
- ↑ "Nazirliyin kanalı Naxçıvan TV-yə birləşib". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sabiq rəsmi saytı
- YouTube kanalı
- Kanal 35 — Facebook səhifəsi
- Kanal 35 — Instagram səhifəsi