Jan Batist Bio

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jan Batist Bio
fr. Jean-Baptiste Biot
Doğum tarixi 21 aprel 1774(1774-04-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 fevral 1862(1862-02-03)[1][2][…] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahəsi fizika
İş yeri
Təhsili
Elmi rəhbəri Qaspar Monj
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeni komandoru İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Batist Bio (21 aprel 1774[1][2][…], Paris[5]3 fevral 1862[1][2][…], Paris[5]) — fransız fiziki, geodeziyaçısı və astronomu, Paris EA-nın üzvü (1803).[6]

Parisdə Politexnik Məktəbdə təhsil almışdır. Kollej de Fransın (1800) və Paris Universitetinin (1809) professoru, Yer meridianının uzunluğunu ölçmə üzrə komissiyanın üzvü olmuşdur (1806). Göy mexanikasına və qazların xassələrini öyrənməyə aid işlərin müəllifidir. 1804-cü ildə J.L. Gey–Lüssakla birlikdə müxtəlif hündürlüklərdə havanın tərkibini öyrənmək üçün aerostatda uçuş həyata keçirmişdir.[6]

Əsas tədqiqatları optika, elektrodinamikaakustikaya aiddir. İşığın polyarlaşma müstəvisinin fırlanma qanununu  müəyyənləşdirib (Bio qanunu, 1815), kristallarda və üzvi maddələrdə işığın polyarlaşma müstəvisinin fırlanmasını tədqiq etmiş və bununla da saxarimetriyanın əsasını qoymuşdur. F. Savarla birlikdə sabit elektrik cərəyanının maqnit sahəsinin intensivliyini təyin edən qanunu kəşf etmişdir (Bio–Savar qanunu, 1820). İ. Nyutonun irsini araşdırıb; məşhur fizika kursunun müəllifidir (1816).[6]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 list of professors at Collège de France.
  4. 1 2 Fransa Akademiyası. 1635.
  5. 1 2 3 4 www.accademiadellescienze.it (it.).
  6. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 53. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]