Akustika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Akustika (yun. ἀκούω — eşidirəm) — mexaniki dalğaların bərk, maye və qaz mühitində yayılmasını, xüsusiyyətlərini, olduqları şəraitlə uyğunlaşmaları, canlılar üzərindəki fizioloji və psixoloji təsirlərini araşdıran elm sahəsidir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Akustika səs haqqında elmdir. Səsin gurluğu səsin rəqs amplitudundan asılıdır. Rəqs amplitudu böyk olduqda səs daha gur olur. Səsin yüksəkliyi rəqsin tezliyindən asılıdır. Rəqsin tezliyi böyük olduqda səs daha yüksək olur. İnfrasəs tezliyi 16 Hs-dən az olan mexaniki dalğalar infrasəs adlanır. Ultrasəs 20 000 Hs-dən yüksək tezlikli mexaniki dalğalardır.

Obyektinə görə təsnifatı:

  1. Bioloji akustika — Səsin balina, delfin, yarasa və bayquş kimi heyvanlar tərəfındən necə istifadə edildiyi öyrənilir.
  2. Su altı akustika — Dəniz yatağı və su altında yaranan səs dalğalarının yayılması, dağılması və təsirini öyrənir.
  3. Psixoloji və Fizioloji Akustika — İnsanlar və heyvanların səslərə qarşı olan fizioloji və psixoloji reaksiyalarını öyrənir.
  4. Elektroakustika — Siqnal hazırlama nəzəriyyəsinin akustika sahəsindəki tətbiqini öyrənir.
  5. Danışıq akustikası — Danışıq üçün lazım olan səs dalğalarının insanlar tərəfindən yaradılması, nəqli və alınmasını öyrənir.
  6. Musiqi akustikası — Musiqi texnikasını, musiqi qəbulunu, musiqi alətləri səslərinin analizi və sintezini öyrənir.
  7. Memarlıq akustikası — Qapalı sahələrin və memarlıq abidələrinin akustika xüsusiyyətlərini öyrənir.
  8. Gurultu akustikası — Gurultunun necə yaradıldığı və yayıldığı, təsiredici və təsirolunan gurultu idarəsi, və gurultunun təsirlərini öyrənir.
  9. Fiziki Akustika — Akustika dalğa yayılımasının fiziki xüsusiyyətlərini (yansıma, qırılma, təsir, sınma, qəbul və.s.) öyrənir.
  10. Titrəyiş akustikası — Mexaniki sistemlərin olduqları şəraitlə olan əlaqələrini, və bir-biri ilə əlaqəli ölçü, analiz və nəzarət üsullarını öyrənir.

Akustika elminin tarixi

[redaktə | mənbəni redaktə et]

Modern akustika elminin yaradıcıları arasında Lord RayleighHermann von Helmholtzi göstərmək olar.

Akustika ilə əlaqəli saytlar

[redaktə | mənbəni redaktə et]