Hümeyra xanım Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hümeyra xanım Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1917(1917-06-04)
Doğum yeri
Vəfat tarixi 17 may 2000(2000-05-17) (83 yaşında)
Vəfat yeri
Atası İsmayıl Haqqı Oktay
Anası Fatma Ülviyə Sultan

Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, İstanbul, Osmanlı imperiyası17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı.

Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı.

Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım SultanSultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi.

Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.

İkinci Dünya müharibəsi əsnasında ABŞ-nin Prinston Universitetində təhsil alırdı və bu illərdə tanış olduğu Xəlil Özbaşla evləndi. Bu nikahdan Xanzadə adlı bir qızı və Halim adlı bir oğlu dünyaya gəldi. Müharibənin ardından Türkiyəyə dönən cütlük Aydın əyalətində məskunlaşdı və burada uzun illər turizm işiylə məşğul oldular. Quşadasındakı Qismət hotelin qurucusu oldular.

Hümeyra xanım Sultan 2000-ci ildə vəfat etdi.

  • İsmayıl Halim Özbaş (d. 6 oktyabr 1945, İstanbul) — Evinlə evləndi.
    • Nadiyə Özbaş (d. 1969)
    • Xəlil Özbaş (d. 1974)
  • Xanzadə Özbaş (d. 4 oktyabr 1953, İzmir) — Tofiq Moranla evləndi.
    • Nəslişah Övliyazadə (d. 1977)
    • Məsudə Övliyazadə (d. 1978)

Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine