Hörmüz əmirliyi
Tarixi dövlət | |
Hörmüz əmirliyi | |
---|---|
|
|
Paytaxt | Hörmüz |
Vikianbarda əlaqəli mediafayllar |
Hörmüz əmirliyi (fars. هرمز; port. Ormuz) — 1050-ci ildən 1600-cü illərin əvvəllərinə qədər İran körfəzinin girişindəki Hörmüz adasında hakimiyyət sürmüş dövlət.
Strateji mövqeyinə görə Hörmüz boğazını və İran körfəzi ticarətini nəzarətdə saxlaya bilən əmirliyə müvafiq olaraq səlcuqlular, Kirman səlcuqiləri, salqurlular, Elxanilər, Müzəffərilər, Teymurilər dövləti, Qaraqoyunlu dövləti və Ağqoyunlu dövlətinə tabe olduqdan sonra Səfəvilərin ali hökmranlığını tanımışdı.
Portuqaliyalı kəşfiyyatçı Afonsu d' Albukerkinin 1507-ci ildə qədəm qoyduğu ada 1512-ci ildə Portuqaliya hakimiyyətinə keçmişdir. Əmirlik Portuqaliya imperiyasına illik vergi ödəməyə başlamışdı. Bu dövrdə Hörmüz əmiri IV Turanşah və vəziri Osmanlı admirallarından Həmid Rəis idi.[1]
1552-ci ildə Osmanlı dənizçisi Piri Rəisin komandanlığı altında Osmanlı donanması tərəfindən mühasirəyə alınsa da, əməliyyat uğur qazanmamışdır. Ada 1622-ci ildə Səfəvi şahı I Abbas tərəfindən fəth edilmişdir. Səfəvilər adayı ələ keçirdikdən sonra əmirliyə birdəfəlik son qoymuş və adanı birbaşa İrana birləşdirmişdilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Öztuna, Yılmaz, "Devletler ve Hanedanlar, Cilt:1", Kültür Bakanlığı, Ankara (1996), s.735
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aubin, Jean. “Les Princes d’Ormuz du XIIIe au XVe siècle.” Journal asiatique, vol. CCXLI, 1953, pp. 77–137.
- Natanzi, Mo'in ad-Din. Montakhab ut-Tawarikh-e Mo'ini. ed. Parvin Estakhri. Tehran: Asateer, 1383 (2004).
- Qa'em Maqami, Jahangir. "Asnad-e Farsi o Arabi o Torki dar Arshiv-e Melli-ye Porteghal Darbarey-e Hormuz o Khaleej-e Fars." Barrasihaa-ye Tarikhi (1356-1357).
- Shabankareyi, Muhammad b Ali. Majma al-Ansab. ed. Mir-Hashem Mohadess. Tehran: Amir Kabir, 1363 (1984).
- Vosoughi, Mohammad Bagher. "the Kings of Hormuz: from the Beginning until the Arrival of the Portuguese." in Lawrence G. Potter (ed.) The Persian Gulf in History, New York: Palgrave MacMillan, 2009.