Filipp Melanxton
Filipp Melanxton | |
---|---|
alm. Philipp Melanchton | |
Doğum tarixi | 16 fevral 1497[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1560[1][2] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | astronom, ilahiyyatçı, universitet müəllimi[d], astroloq, filosof, klassik filoloq[d], reformasiyaçı[d], yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Filipp Melanxton (alm. Philipp Melanchthon; 16 fevral 1497[1][2], Bretten[3] – 19 aprel 1560[1][2], Vittenberq[3]) — Almaniya humanisti, ilahiyyatçı və pedaqoqu, yevangelist reformator, lüteran teologiyasının sistemləşdiricisi, Lüterin əməkdaşı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gəncliyində artıq humanist olmuşdur. Melanxton, Lüterin təsiri altında, Reformasiyada əhəmiyyətli rol oynayan bir sıra siyasi və teoloji traktatların müəllifi kimi çıxış etmişdir. Melanxton bir sıra məktəb dərsliklərinin (yunan və latın qrammatikası, məntiq, ritorika, ilahiyyat, etika və s. üzrə) tərtibçisi, həmçinin Lüterin Müqəddəs kitabın alman dilinə tərcüməsinin iştirakçısı kimi tanınır. Melanxton yazılarında – "filisterist və cansız kabinet alimi"nin prototipi – Kopernik təlimlərinin qatı əleyhdarı kimi çıxış etmiş və dünyanın heliosentrik sistemini "şər və tanrısız bir fikir" hesab etmişdir. O, "bidətçilərin", qabaqcıl alimlərin təqib edilməsini qətiyyətlə bəyənirdi. Melanxton xüsusilə də həkim Servetin Kalvin tərəfindən yandırılmasını alqışlamış və bu hərəkətini "mömin və yaddaqalan bir nümunə" adlandırmışdır. Lüter kimi Melanxton da üsyankar kəndlilərə qarşı kəskin çıxış etmişdir. 1524-cü ildə inqilabçı kəndlilərin lideri Müntser Melanxtona məktubla müraciət etmişdir. Burada o, Melanxton və Lüteri kəndli hərəkatını boğmağa çalışmaqda ittiham etmişdir. 1525-ci ildə Pfals kürfürstünün təklifi ilə Melanxton alman kəndlilərinin "On iki tezis"ində irəli sürülən tələbləri tənqid etmişdir.[4]
Melanxton XVI əsr Almaniyasında orta məktbələrin yaradılmasında böyük rol oynamışdır. Onun 1528-ci ildəki "Normal Sakson məktəbi planı"na əsasən, yeni yaradılmış latındilli "öyrənmə məktəbləri" öyrənmə peşələri adlanan peşələrə (kahinlər, hüquqşünaslar, müəllimlər və s.) hazırlamaq üçün fəaliyyət göstərirdi. Melanxton Vittenberqdə 40 illik professorluq fəaliyyəti dövründə minlərlə müəllim hazırlamışdır. Melanxtonun iştirakı ilə bir sıra Almaniya universitetləri transformasiya edilmiş və yenidən yaradılmışdır. Melanxtonun bu enerjili fəaliyyətinin əks tərəfi onun mütərəqqi məzmununun humanizmdən çıxarılması, yunan-latın təhsilinin "tamamilə tənəzzülə uğramış teologiyanı bərpa etmək üçün" uyğunlaşdırılması idi. Melanxton planına əsasən yaradılan məktəblərdə latın qrammatik formalarının öyrənilməsi hər şeyə üstünlük verirdi. Humanizm tənəzzülə uğrayaraq "siseronçuluğa" – qədim yazıçıların üslubunun köləyəbənzər təqlidinə çevrilmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
- ↑ 1 2 3 4 Меланхтон Филипп // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Меланхтон // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Филипп Шафф. Современное христианство. Реформация в Швейцарии // История христианской церкви. 8. Санкт-Петербург: Библия для всех. пер. с англ. Рыбакова О.А., под ред. Цыганкова Ю.А. 2012 [History of the Christian Church]. 556. ISBN 978-5-7454-1274-5.
- Филипп Шафф. Современное христианство. Реформация в Швейцарии // История христианской церкви. 7. Санкт-Петербург: Библия для всех. пер. с англ. Рыбакова О.А., под ред. Цыганкова Ю.А. 2018 [History of the Christian Church]. 463. ISBN 978-5-7454-1486-2.
- Galle, «Versuch einer Charakteristik M.'s als Theologen» (Галле, 1840)
- Herrlinger, «Die Theologie M.'s» (Гота, 1879)
- A. Franck, «M., Praeceptor Germaniae» (Нердлинген, 1860)
- Hartfelder, «M., als Praeceptor Germaniae» (в «Monumenta Germaniae paedagogica», т. 7, Б., 1889)
- Bernhardt, «M., als Mathematiker und Physiker» (Виттенберг, 1865)
- Chr. E. Luthardt, «M.'s Arbeiten im Gebiete der Moral» (Лейпциг, 1885)
- Matthes, «Philipp M., sein Leben und Wirken aus den Quellen dargestellt» (Альтенбург, 1842; 2 изд., 1846)
- Meurer, «M.'s Leben» (Лейпциг, 1860; 2 изд., 1869)
- С. Schmidt, «Philipp M.'s Leben und ausgewählt Schriften» (Эльберфельд, 1861)
- Nisard, «Renaissance et reforme. Erasme, Th. Morus, M.» (3 изд., II., 1877)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Filipp Melanxton ilə əlaqəli mediafayllar var.
- Речь «О свободных искусствах» (1517).