Fövziyyə Bayram
Fövziyyə Bayram | |
---|---|
Фәүзия Аухади кызы Бәйрәмова | |
| |
Doğum tarixi | 5 dekabr 1950 (74 yaş) |
Doğum yeri |
|
Milliyyəti | Tatar |
Təhsili | Kazan Dövlət Universiteti |
İxtisası |
Filoloq Tarixçi |
Fəaliyyəti |
Filologiya Tarix Siyasət |
Əsərlərinin dili | Tatarca və rusca |
İstiqamət | Türkçülük-Turançılıq |
Tanınmış əsərləri |
Küçüm xan[1] Qara Orman |
Üzvlüyü | |
Mükafatları | Ayaz İshaqi mükafatı |
![]() |
Fövziyyə Bayram (5 dekabr 1950, Sabay[d], Tatarıstan MSSR) — tanınmış tatar yazıçı, tarixçi, hərəkat rəhbəri və filosof. İttifaq Firqəsi rəhbəri, Milli Məclis rəisi, 1990-cı illərdə fəal olmuş siyasətçi. "Tatar gözəli" deyə adlandırılmış və Süyümbikə ilə özdəşləşdirilmişdir. Hələ də Tatarıstanda Yar Çallı şəhərində yaşamaqda və müxtəlif məsələlərdə yazılarını yazmaqda davam edir.[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Fövziyyə Bayram 5 dekabr 1950-ci ildə Tatarıstanın Saba bölgəsinin Sabay kəndində anadan olmuşdur. Təhsil həyatına orta məktəbdən sonra Kazan teatr məktəbində, daha sonra da Kazan Dövlət Universitetinin Filologiya fakültəsində davam etmişdir 91983–1989).
Peşəkar fəaliyyətinə Kazan Telestudiosunda balamış, sonra Tatarıstan kitab nəşriyyatında işləmişdir. Jurnalist və yazıçı kimi fəaliyyət göstərmiş, çox sayda qəzet və jurnalda yazılar dərc etdirmişdir. 1986-cı ildə SSRİ-də Yazıçılar Birliyinə daxil olmuşdur. 1988-ci ildə Tatar İctimai Qurultayı ilə siyasi həyatına başlamışdır.
Siyasi işləri
[redaktə | vikimətni redaktə et]1988-ci ildə Tatar İctimai Qurultayına girmiş, 1990–1995-ci illərdə Tatarıstan Respublikasının Milli Məclisində millət vəkili olmuşdur.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Kazan şəhərinin 1000-ci ildönümü münasibətiylə Tatar mədəniyyətinə qatqılarına görə Ayaz İshaqi mükafatına layiq görülmüşdür.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Ümumilikdə 30-dan çox əsərin müəllifidir. Əsərlərinin dili tatarca və ruscadır.
- Bolın (1986)
- Sänğät dönyasına säyäxät (1989)
- Moñ (1991)
- Mäydan Tatarlarnı kötä (1992)
- Qara urman (1997)
- Bezne onıtmağız (1998)
- Däwerlär küçeşendä (1998)
- "Songı namaz" (2000),
- "Ядерный архипелаг или атомный геноцид против татар" (2005)[3]
- Küçüm han / "Кучум хан" (2007)[4][5]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Küçüm Han". kidega.com. 2023-07-20 tarixində arxivləşdirilib.
- ↑ "Политические партии / Республика Татарстан". pfo.metod.ru. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Байрамова Фаузия Аухадиевна". nuclear-tatar.nm.ru. 16 may 2016 tarixində arxivləşdirilib.
- ↑ "Презентация книги Ф.Байрамовой «Кучум хан»". ktto.ru. 14 may 2017 tarixində arxivləşdirilib.
- ↑ "Fevziye Bayram". www.kitapyurdu.com. 2023-07-20 tarixində arxivləşdirilib.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Tatar elektron kitabxanası Arxivləşdirilib 2016-06-01 at the Wayback Machine
- Fövziyyə Bayram haqqında yazılanlar Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Bioqrafiyası