Estoniyanın iqlimi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Estoniya səmalarında qütb parıltısı

Estoniyada mülayim-dəniz iqlimindən mülayim-kontinentala keçid tipi hakimdir. Ölkə ərazisində qış mülayim, yay isə sərin keçir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Tallinın iqlim diaqramı
YFMAMİnİlASOND
 
 
56
 
-1.0
-5.9
 
 
36
 
-1.6
-7.1
 
 
37
 
2.3
-4.1
 
 
32
 
9.2
0.6
 
 
36
 
15.3
5.2
 
 
64
 
18.9
9.5
 
 
84
 
21.9
12.7
 
 
86
 
20.4
12.0
 
 
67
 
15.2
7.6
 
 
78
 
9.5
3.8
 
 
70
 
3.5
-0.9
 
 
57
 
0.4
-4.3
Temperatur °C-iləYağıntının miqdarı mm-ilə
Mənbə: EMHI[1]

Ölkə ümumən mülayim qurşaqda yerləşir. Şimaldan və qərbdən Baltik dənizinin suları ilə əhatə olunusada, ərazidə iqlimin formalaşmasında atlantik okeanından gələn siklonlar əsas rol oynayır. Dənizə yaxınlığı rütubətlənmə əmsalını yüksək edir. Estoniyada qiş Qolfstrim cərəyanının hesabına daha mülayim keçir, nəyin ki, Avrasiya materikinin daxili rayonlarında. İlin ən isti ayı - iyul, soyuq ay isə - fevraldır. Buludlu və və dumanlı günlər üstünlük təşkil edir.

Havanın temperaturu

[redaktə | mənbəni redaktə et]

1961-1990-cı illər ərzində aparılmış müşahidələrə əsasən Estoniya ərazisində havanın orta illik temperaturu +4,1 °C-dən +6,3 °C, 1981—2010-cu illər ərzində isə +4,9 °C-dən +7,1 °C olmuşdur. Ən yüksək orta illik temperatura SaaremaaHiyumaa (+6...+7), ən aşağı göstərici isə - Lyaene-VirumaaYıgevamaa (+4,9...+5,3 °C) rayonları ərazisində qeydə alınmış. Ən soyuq ay olan fevralda orta sutkalıq temperatur − adalarda 1,8 °C; materikdə isə −6,0 °C olur. İyul ayının orta sutkalıq temperaturu +16,9 °C-dən +18,0 °C arasında dəyişir (1981-2010-cu illərin məlumatı).[1] Fevral və iyul ayları arasında orta sutkalıq temperaturunun cüzi amplitudası mülayim estoniya iqlimini çox gözəl xarakterizə edir.

Rekord isti ay 2010-cu ilin iyun ayı olmuş: +23,4 °C. Ən soyuq ay isə yanvar(1987). Narva-Yıesuu şəhərində yanvar ayının orta temperaturu −18,0 °C olmuşdur[2]

Estoniya üzrə mütləq maksimum temperatur +35,6 °C-dir. Bu göstərici Vıru meteostansiyasında, 14 avqust 1992-ci ildə qeydə alınıb.[3] 7 avqustda 2010-cu ildə isə Narva-Yıesuuda +35,4 °C olmuş[4].

Mütləq minimum temperatur isə Estoniyada −43,5 °C-dir. 17 yanvar 1940-cı ildə Yıgeva şəhərində müşahidə olunub.[5].

Yağıntılar, nisbi rütubət və buludluluq

[redaktə | mənbəni redaktə et]

Orta illik yağıntı - 535 mm-lə Kihnu adası 727 mm arasında dəyişir. Havanın nisbi rütubəti yüksəkdir və illik bu göstərici 79 % -dən 84 % (adalarda) arasında dəyişir.[6]. Yağıntılı günlərin miqdarı Kihnu adasında 102 gün, materikdə isə 127 günə çatır.Buludluluq 4,8...5,7 baldır[7].

Küləyin orta sürrəti materik hissədə 2,7 m/s, adalarda isə 6,6 m/s-dir.[8].

Valqanın iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 10,1 10,9 18,4 27,4 30,7 32,1 34,4 34,3 29,5 21,4 12,9 11,9 34,4
Maksimum orta, °C −1,9 −1,7 3,4 11,3 17,8 20,8 23,3 21,8 15,9 9,7 2,9 −0,8 10,2
Orta temperatur, °C −4,4 −5 −0,8 5,7 11,7 15,2 17,6 16,1 10,9 6,0 0,5 −3,2 5,9
Minimum orta, °C −7,1 −8,3 −4,5 0,7 5,6 9,8 12,2 11,2 6,8 2,9 −1,7 −5,8 1,8
Mütləq minimum, °C −34,8 −35,6 −26,8 −11,1 −5,6 0,1 3,1 1,8 −5,5 −14,4 −21 −30,1 −35,6
Yağıntı norması, mm 56 40 42 33 53 83 68 85 59 72 57 56 708
Mənbə: Estonian Weather Service[9][10][11]


  1. 1 2 "Тeмпeрaтурa воздухa". EMHI. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  2. "«EMHI»: Тeмпeрaтурa воздухa". 2011-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  3. "«Ilmajaam.ee»". 2011-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  4. "«ERR-Новости»". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  5. "«Столицa холодa Йыгeвa»". 2010-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  6. "«EMHI»: Осaдки, влaжность воздухa". 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  7. "«EMHI»: Облaчность". 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  8. "«EMHI»: Скорость вeтрa". 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  9. "Climate normals-Temperature". Estonian Weather Service. 11 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2016.
  10. "Climate normals-Precipitation". Estonian Weather Service. 11 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2016.
  11. "Climate normals-Humidity". Estonian Weather Service. 11 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2016.