David Kipiani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
David Kipiani
gürc. დავით ყიფიანი‏
Ümumi məlumatlar
Doğum tarixi 18 noyabr 1951(1951-11-18)[1]
Doğum yeri
Vəfat tarixi 17 sentyabr 2001(2001-09-17) (49 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Saburtalo panteonu[d]
Vətəndaşlığı
Təhsili
Boyu 184 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Kipiani (gürc. დავით ყიფიანი; 18 noyabr 1951[1], Tbilisi17 sentyabr 2001, Tbilisi) — yarımmüdafiəçi mövqeyində oynayan keçmiş gürcü futbolçusu və futbol meneceri. Kipiani, əsasən, oyun qurucu kimi oynamışdır və Gürcüstanın ən məşhur futbolçularından biri hesab olunur. O, zərif oyun tərzi, ötürmə məsafəsi ilə tanınırdı.[2][3][4][5][6]

Oyun karyerası

[redaktə | vikimətni redaktə et]

Kipiani Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Karyerasının ilk mərhələlərində 35№ məktəbdə oynamağa başladı.[7] Kipiani 1967-ci ildə Tiflis Dinamo komandasında oynamağa dəvət almışdı. Zədəli olduğu üçün yalnız iki mövsüm bir oyunda iştirak edə bildi. Daha sonra Kipiani Tiflisdə yerləşən Lokomotiv komandada oynamağa getdi.

Lokomotiv ilə uğurlu mövsümdən sonra Kipiani Gavril Kaçalin tərəfindən yenidən Dinamo komandasına dəvət edildi. Eyni zamanda, "Lokomotiv" də oynayarkən, Kipiani gələcək meneceri Nodar Axalkatsi ilə çalışdı, güclü və uğurlu klublardan olan Dinamo Tbilisi'nin əsas simalarından biri oldu. Lakin 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində beynəlxalq səviyyədə tanındı.[8] Müxtəlif nüfuzlu futbol turnirlərində nəzərəçarpacaq uğurlar əldə etdi.[9][10]

1975–1982-ci illər arasında — Kipiani Manuçar Maçaidze, Aleksandre Çivadze, Vladimir Qutsaev və Ramaz Şengelia kimi oyunçuların yanında, Dinamo Tbilisi -nin tanınan liderlərindən biri idi. Gürcüstan komandasının "Liverpul"[11], Inter Milan[12], "Napoli"[13], "Vest Hem Yunayted", "Feyenord" və digər böyük futbol klublarına qarşı uğuru, əsasən, futbolçunun şəxsi və peşəkar istedadı ilə müəyyən edildi. Bu bənzərsiz oyun qabiliyyətləri və fərdi bacarıqlar, Kipiani -nin digərləri arasında fərqləndirirdi.[14][15][16][17][18]

Beynəlxalq karyera

[redaktə | vikimətni redaktə et]

Kipiani 1974-cü ilin aprelindən 1981-ci ilin mayına qədər Sovet İttifaqında 19 dəfə oynadı və 7 qol vurdu. Beynəlxalq debütü menecer Konstantin Beskovun rəhbərliyi altında, 17 aprel 1974-cü ildə Zenitsa şəhərində yoldaşlıq matçında etdi. Kipiani ilk beynəlxalq qolunu Sovet Komandasının debütündən beş dəqiqə sonra vurdu və bu matçın yeganə qolu oldu və SSRİ Yuqoslaviyanı 1–0 məğlub etdi.[19][20][21] O, son milli komanda oyununu 30 may 1981-ci ildə Uelsə qarşı 1982 Dünya Kuboku seçmə oyununda keçirdi.

Kipianiyə Dünya Kubokunun finalında oynamaq şansı verilmədi. Çoxları zirvəsinin 1982-ci ildə olduğunu düşünür, ancaq İspaniya Dünya Kubokunda iştirak edə bilmədi və 26 apreldə "Kuban Krasnodar"da (4-cü tur) ayağından aldığı ağır zədə səbəbindən oyunu yarımçıq tərk etdi.[22][23]

İdarəçilik karyerası

[redaktə | vikimətni redaktə et]

Təqaüdə çıxdıqdan sonra "Dinamo Tbilisi", "Torpedo Kutaisi", "Şinnik Yaroslavl" (Rusiya), "Resinq Meçelen" (Belçika), "Olimpiakos Nikosiya" (Kipr) və Gürcüstan milli Komandasını çalışdırdı.

17 sentyabr 2001-ci ildə Tserovani (Mtsxeta) yaxınlığında avtomobil qəzasında aldığı xəsarətlərdən Gürcüstanın Tbilisi şəhərində vəfat etdi.[24] O, 49 yaşında idi. Gürcüstan Kuboku və Gürcaani şəhərindəki stadiona onun adı verildi.[25]

  1. 1 2 David Kipiani // Transfermarkt (çd.). 2000.
  2. Gorgodze, Giorgi (27 October 2016)."Davit Kipiani – The "Moving Feast" of Football" Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine
  3. FC Dinamo Tbilisi, Media Centre (18 June 2015). "Davit Kipiani – 64". FC Dinamo Tbilisi. Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine
  4. Ross, Dan (6 may 2012).. "Kakabadze follows the footsteps of his idol" Arxivləşdirilib 2021-10-03 at the Wayback MachineUEFA. Retrieved 4 June 2018. Georgia right-back Otar Kakabadze: Arxivləşdirilib 2022-06-23 at the Wayback Machine
  5. Moñino, L. J. (9 September 2012)."Diálogos en la tumba de Kipiani. El cementerio georgiano acoge conversaciones entre exjugadores del Dínamo de Tblisi" Arxivləşdirilib 2017-10-08 at the Wayback Machine
  6. Khashig, Inal (11 February 2017)."15 soccer players that the Caucasus is proud of" Arxivləşdirilib 2020-11-02 at the Wayback Machine
  7. Goduadze, Lasha (24 March 2016). "Career in phrases: David Kipiani" Arxivləşdirilib 2017-12-22 at the Wayback MachineMinistry of Sport and Youth Affairs of Georgia. Arxivləşdirilib 2022-05-28 at the Wayback Machine
  8. Rainbow, Jamie (19 January 2013)."Soviet giants have enjoyed mixed fortunes since the Iron Curtain fell" Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine
  9. "USSR, 1978 (Top league)" Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine WildSoft 2007–2018.
  10. Schöggl, Hans; Stokkermans, Karel and RSSSF (15 August 2013). "Football Tournament at the Spartakiads of Peoples of the Soviet Union 1979" Arxivləşdirilib 2013-09-22 at the Wayback Machine
  11. ""Dinamo Tbilisi 3–0 Liverpool — October 3, 1979"". October 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2021.
  12. ""Internazionale 0–1 Dinamo Tbilisi — 14 September 1977"". 6 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2021.
  13. ""Dinamo Tbilisi 2–0 Napoli — 13 September 1978"". 30 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2021.
  14. Brooking, Trevor (25 September 2014). My Life in Football Arxivləşdirilib 2021-10-03 at the Wayback MachineGoogle Books. Simon & Schuster. ISBN 978–1471130465. Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine
  15. Rainbow, Jamie (4 July 2011)."Georgia on my mind: Dynamo Tbilisi's golden age. A forgotten Cup Winner's Cup final gave Georgian football it's greatest moment, here's the full story". World Soccer. Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine
  16. McCracken, Craig (7 September 2015).. "How Dinamo Tbilisi enthralled British football fans in the midst of the Cold War" Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine
  17. Delaney, Miguel (25 September 2016)."Georgian pedigree deserves respect. Incredible Dinamo Tbilisi side that outclassed Liverpool 37 years ago was ahead of its time" Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine
  18. Veth, Manuel (21 December 2017). "Dinamo Tbilisi vs Carl Zeiss Jena – 1981 Cup Winners' Cup Final Remembered" Arxivləşdirilib 2021-10-18 at the Wayback MachineInternational Football History and Statistics. Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine
  19. ""Yugoslavia 0–1 USSR — 17 April 1974"". 15 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2021.
  20. ""Yugoslavia 0–1 USSR — April 17, 1974"". June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2021.
  21. "Yugoslavia 0–1 USSR — April 17, 1974" Arxivləşdirilib mart 18, 2022, at the Wayback Machinefootballfacts.ru. Retrieved 11 June 2018. International Friendly, Bilino Polje Stadium, Zenica, Attendance: 30,000
  22. ""David Kipiani – USSR"". 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  23. ""David Kipiani – USSR"". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
  24. Hughes, Rob and International Herald Tribune (19 September 2001). "Georgian Legend Kipiani Dies in Car Crash; Striker Herrlich Returns After Brain Surgery : As One Star Is Lost, Another Finds Hope" Arxivləşdirilib 2022-08-11 at the Wayback Machine
  25. "David Kipiani". Arxivləşdirilib 2023-07-06 at the Wayback Machinenekropole.info.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]