40°37′18″ şm. e. 44°17′57″ ş. u.HGYO

Danagirməz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Danagirməz
40°37′18″ şm. e. 44°17′57″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Abaran mahalı
Rayon Abaran rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.025 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 658 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0307
Xəritəni göstər/gizlə
Danagirməz xəritədə
Danagirməz
Danagirməz

Danagirməz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Abaran rayonunda kənd.[2]

Rayon mərkəzindən 7 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kəndin digər adı Damagirməz, Danadamagirməz olmuşdur[3]. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim dana heyvan adı ilə felin qeyriqəti gələcək zamanında işlənən girməz sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Mürəkkəb quruluşlu toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdiriləcək Ovit, 21.X.1967-cı il fərmanı ilə yenidən adı dəyişdirilib Niqavan qoyulmuşdur.

1588-ci ilə aid mənbədə Qarabağın Bərdə sancağında Danagirli elinin yaşadığı göstərilir[5].

Kəndə ermənilər Türkiyədən köçürülmüşdür[6]. Kənddə ermənilərlə yanaşı 1905-ci ildə 387 nəfər, 1914 - cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır[7].

Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.4
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74
  5. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahli luğəti 3 cild - Budaq Budaqov
  6. Тюркская ономастика, АлмаАта, «Наука», 1984. s.587-590
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.96-97