5°32′46″ şm. e. 0°12′24″ q. u.HGYO

Akkra

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Akkra
Nkran
Bayraq
Bayraq
5°32′46″ şm. e. 0°12′24″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat XV əsr
Sahəsi
  • 173.000.000 m²
Mərkəzin hündürlüyü 61 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.782.150 nəf. (2021)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 0302, 0302
Digər
ama.gov.gh
Xəritəni göstər/gizlə
Akkra xəritədə
Akkra
Akkra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtıölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir.

Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi. Akkranı ələ keçirmək uğrunda qalar, akimlər, akvapimlər və aşantilər arasında uzun müddət mübarizə getmişdir. 1850-ci ildə İngiltərənin Qızıl Sahil müstəmləkəsinə daxil edilmişdir. 1876–1957-ci illərdə Qızıl Sahildəki müstəmləkə hökumətinin iqamətgahı burada yerləşirdi.

Mədəniyyət müəssisələri

[redaktə | mənbəni redaktə et]

Müstəmləkə dövrü abidələrindən hollandların tikdiyi Krevkör (1605, indiki Uşer), danimarkalıların Kristians borq (1657– 59; 1900-cü ildən ingilis qubernatorunun, hazırda Qana hökumətinin iqamətgahı), ingilislərin Ceyms (1673) istehkamları Ümumdünya irsi siyahısına daxil edilmişdir.

İncəsənət və Elmlər Akademiyası (əsası 1959-cu ildə qoyulmuşdur), Universitet (1961), Açimota hərbi kolleci, Milli arxiv (1946), Mərkəzi kitabxana (1950), Milli muzey (1957), Elm və texnologiya muzeyi (1965), Milli afrikaşünaslıq kitabxanası (1961), Milli elmi-texniki kitabxana və informasiya mərkəzi (1964), Milli teatr var.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Akkra iki əsas zonaya dolanbac küçəli sahil rayonlarınadövlət müəssisələri, banklar, mağazalar və s.-nin yerləşdiyi müasir məhəllələrə ayrılır. Dəmiryol və avtomobil yolları qovşağı, həmçinin beynəlxalq aeroportu var. Qananın iri ticarət-sənaye mərkəzidir. Burada yüngül, yeyinti, kimya, metal emalı sənayesi, maşınqayırma müəssisələri, elektrik avadanlıqları (mühərriklər, tele və radioaparatları, akkumulyator batareyaları istehsalı) zavodu vardır. Avtomobil yığılır; kustar üsulla qızılgümüş məmulatlar istehsal edilir; İES fəaliyyət göstərir.[3]

  1. https://statsghana.gov.gh/gssmain/fileUpload/pressrelease/2021%20PHC%20General%20Report%20Vol%203A_Population%20of%20Regions%20and%20Districts_181121.pdf.
  2. https://books.google.com.gh/books?id=TZWwKiOqJBUC&pg=PA49&dq=official+language+of+Ghana&hl=en&sa=X&ved=0ahUKEwjSy_2Wsb3VAhWjBcAKHffADNcQ6AEINTAD#v=onepage&q=official%20language%20of%20Ghana&f=false.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 235–236. ISBN 978-9952-441-02-4.