İntifada
İntifazə (sözün mənası ayağa qalxmaq, müqavimət deməkdir) — ümumilikdə fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı.
İlk İntifada
[redaktə | mənbəni redaktə et]İsrail işğalına qarşı ərəb xalqının müqaviməti xarakterini daşıyan ilk İntifada, 1987-ci ildə başlandı. Birinci İntifada, kütləvi olaraq fələstinlilər, İsrail dövlətinə qarşı qalxdı [1]. Müqavimət Jabalia qaçqın düşərgəsində başlandı və qısa müddətdə Qəzzə, Qərb Sahili və Şərqi Qüdsün hər yerinə yayıldı. İsrail ordusuna aid bir maşının 4 fələstinlini vurub öldürməsi bu müqaviməti bir az da artırdı. Fələstinlilər mitinqlərlə şiddətli müqavimət göstərirdi. Ümumi amaldan əlavə, İsrail məhsullarına baykot, plakatlar və barikadalar, İsrail qüvvələrinə daş atmalar beynəlxalq aləmi sirkələdi. Buna cavab olaraq, İsrail bu hərəkatı yatırmaq üçün 80,000 nəfər əsgəri səfərbər etdi. İsrail təhlükəsizlik qüvvələri 1087 nəfər fələstinlini öldürdü, fələstinlilər də buna cavab olaraq 100 nəfər İsrailli mülkini və 60 nəfər də təhlükəszilik işçisini öldürdü, 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaraladı. Fələstinlilər 822 nəfər fələstinli də İsraillə əməkdaşlıq etməkdə ittiham edərək öldürdü. Sonradan aydın oldu ki, öldürülənlərin əksəriyyətinin İsraillə heç bir əlaqəsi olmayıb. İsrail ordusunun mitinqlərə sərt müqaviməti, döyülmələr, şiddət və kütləvi həbslər, beynəlxalq qınağa səbəb oldu. 1991-ci ildə zəifləyən müqavimət, 1993-cü il avqust ayında Norveçdə Fələstin muxtariyyətinin qəbul etdiyi Oslo razılaşmasının imzalanması ilə sona çatdı.
İkinci İntifada
[redaktə | mənbəni redaktə et]Fələstinlilər tərəfindən Əl-Əqsa-İntifada olaraq adlandırılan ikinci intifada, Ariel Şaronun Əl-Əqsa məscidini ziyarət edə bilmədiklərini bildirən fələstinli vətənpərvər qruplar tərəfindən, 2000-ci il iyun ayında başladıldı.
Əvvəlcədən "silahlı bir müqavimət" olan və qısa zamanda Fələstin ərazisinin sərhədlərini aşaraq İsrailə qədər yayılan İkinci İntifada 2005-ci il fevral ayında, Misirin Şarm Əl-Şeyx kəndində, Mahmud Abbas və Ariel Şaron arasındakı atəşkəs razılaşması ilə "rəsmi olaraq" sona çatdı.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fələstin Fəallar qrupu Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Uprising by Palestinians against Israeli rule in the West Bank and Gaza Strip territories", Intifada, Microsoft Encarta.