Ölsəm... bağışla

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ölsəm... bağışla
Filmin afişası
Filmin afişası
Janr dram, məhəbbət
Rejissor Rasim Ocaqov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Fəxrəddin Manafov
Gülzar Qurbanova
Sədayə Mustafayeva
Muxtar Maniyev
Operator Rafiq Qəmbərov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Rafiz İsmayılov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 24 oktyabr 1989
Filmin növü tammetrajlı bədii film
Müddət 87 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1989
Texniki məlumatlar 10 hissə
2516 metr
35 mm
Rəng ağ-qara (rəngli kadrlarla)
Çəkiliş yeri Bakı
IMDb ID0173956

Ölsəm… bağışlaII Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film.

Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır.

Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova)[1] onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi
  • Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.[2]
2)1992-ci ildə Çimkənddə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional "İpək Yolu" kinofestivalı
  • Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Gülzar Qurbanovaya və baş mükafat-festivalın Qran-pri Mükafatı verilmişdir
  • Ən yaxşı kişi rolunun ifasına görə aktyor Fəxrəddin Manafova baş mükafat-festivalın Qran-pri mükafatı verilmişdir.[3]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
  1. Günay. "Ölsəm, bağışla" filmi aktrisalıq həyatıma uğur gətirib": Gülzar Qurbanovanın fikrincə, hazırda tamaşaçının sadə və saf filmlərə ehtiyacı var //Paritet.- 2011.- 10–11 fevral.- S.16.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282.
  3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 282–283.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Filmin musiqisi

[redaktə | mənbəni redaktə et]
Musiqi-1